“Neftçi” Emin Mahmudova elçi düşüb

“Neftçi” Emin Mahmudova elçi düşüb

Noyabr 16th, 2016
İdman

“Neftçi” rəhbərliyi Portuqaliyanın “Boavişta” klubuyla danışıqlara başlayıb. Qışda heyəti əsaslı dəyişdirməyi planlaşdıran paytaxt klubunun hədəfi Emin Mahmudovu Bakıya gətirməkdi. Bu barədə məlumatı “Futbol+” qəzeti yayıb. Məlumatda bildirilir ki, Portuqaliya təmsilçisində indiyə qədər oyun keçirməyən, adı iştirak ərizəsində daxil edilməyən Mahmudov bu qış fasiləsində “Neftçi”yə keçməyə yaxındı. Artıq klublar arasında danışıqlar başlayıb. “Boavişta” rəhbərliyi də heyətə düşməkdə çətinlik çəkən millimizin üzvünün klubu tərk etməsinin əleyhinə deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Haqqımızda | Bizimlə Əlaqə