Derbini “Qarabağ” uddu – Oyunda dava düşdü

Derbini “Qarabağ” uddu – Oyunda dava düşdü

Noyabr 30th, 2016
İdman

Premyer Liqanın 13-cü turu çərçivəsində “Qarabağ” və “Qəbələ” klubları üz-üzə gəlib.

“Azərsun Arena”da keçirilən çətin oyunda Qurban Qurbanovun yetirmələri qələbə qazanıb.

Matçın 64-cü dəqiqəsində hesabı qonaqlar açıb. Oyunun başa çatmasına 4 dəqiqə qalmış hakim “Qəbələ”nin qapısına penalti zərbəsi təyin edib. Riçard Almeydə hesabı bərabərləşdirib.

Hakimin əsasə vaxta əlavə etdiyi beşinci dəqiqədə isə Dino Ndlovu “Qarabağ”ın qələbə topunu vurub. Oyun “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun son dəqiqələrində futbolçular arasında dava düşüb. Meydana polis əməkdaşları çağırılıb. “Qəbələ” futbolçuları etiraz əlaməti olaraq hakim oyunu başa çatdırmamış meydanı tərk ediblər.

Qeyd edək ki, qələbədən sonra meydan sahibi “Qarabağ” turnir cədvəlində liderliyə yüksəlib. “Qarabağ” klubunun hesabında 31 xal var. “Qəbələ” 28 xalla ikici, “İnter” isə 24 xalla üçüncüdür.

Cebhe.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Haqqımızda | Bizimlə Əlaqə