ABŞ-ın “demokratiya qalası” imici dağılır

ABŞ-ın “demokratiya qalası” imici dağılır

Yanvar 11th, 2017
Dünya

Demokratik təsisatlar üçün təhlükə\r\n\r\nHikmət Hacızadə:“Konqres də Trampı dəstəkləsə…”\r\n\r\nƏli Orucov: “Əvvəllər ABŞ dünyanı təkbaşına idarə edirdi, indi Rusiya ilə Çin də var”\r\n\r\nABŞ-ın yeni seçilən prezidenti Donald Tramp yanvarın 20-dən vəzifəsinin icrasına başlayacaq. Bundan sonra ABŞ-ın xarici siyasətdə hansı mövqeni seçəcəyi maraq mövzusudur. Xüsusilə, hakimiyyəti dövründə Amerikanın ayrı-ayrı ölkələrin daxili işlərinə qarışmayacağı vədini verən Donald Tramp dönəmində “üçüncü dünya ölkələri” portfelində yer alan dövlətlərdə demokratik təsisatların sıradan çıxacağı gözləniləndir. Bu, ABŞ-ın qarşıdakı 4 il ərzində daha çox özünü geosiyasi müstəvidə göstərəcəyi ehtimalını yaradır.\r\n\r\nYəni, Tramp ABŞ-ın qlobal siyasətdəki yerini geosiyasi çərçivədə saxlamağa cəhd edəcəksə, bu, ölkəsinin ayrı-ayrı dövlətlər daxilində baş verən siyasi proseslərə müdaxilə edən və “demokratiya ixracı”yla məşğul olan demokratiya institutlarının (NEED, “Freedom House”, Milli Demokratiya İnstitutu və s.) fəaliyyətlərini sıradan çıxacaq. Yeni prezidentin özü də bildirib ki, 4 illik fəaliyyətində ABŞ-ın “ən böyük düşmənləri” adlandırdığı İran, Şimali Koreya və Çinə qarşı aparılan mübarizəni gücləndirəcək. Bu da o deməkdir ki, ABŞ “üçüncü dünya dövlətləri”inə qarşı demokratiya və insan haqları məsələlərində təzyiqləri dayandıracaq. Azərbaycanın da bu portfelə daxil olduğunu nəzərə alsaq, qarşıdakı 4 ildə ölkəmiz beynəlxalq təşkilatlar və Qərbin “demokratiya hücumu”na məruz qalmayacaq.\r\n\r\nPost-Obama dönəmində Qərb\r\n\r\nAnalitiklər bildirirlər ki, Tramp bu xətti seçəcəyi halda Qərblə həmin ölkələrin əlaqələri tədricən azalacaq və Qərb cazibəsini itirəcək. Tramp bunu daha da sürətləndirəcək. Rusiya seçkilər ərəfəsində Demokratlar Partiyasının namizədi Hillari Klintonun əleyhinə ona görə Trampı dəstəklədi və onun seçilməməsi üçün külli miqdarda maddi vəsait xərclədi ki, o seçilməsin. Çünki Hillari Klinton Rusiya əleyhinə ayrı-ayrı dövlətlərdə baş verən rəngli inqilabların arxasında dayanırdı. Demokratlar Partiyasından olan Barak Obama da bu proseslərə dəstək verirdi. Klinton seçilsəydi, bu siyasəti davam etdirəcəkdi. Tramp isə bu xətti dayandıracağı vədini verib. Nəticədə hakimiyyəti dönəmində liberal və demokratik dəyərlərə ABŞ-ın demokratiya institutlarından verilən dəstək azalacaq. Obama dönəmində də bir sıra dövlətlərdə, o cümlədən, Azərbaycanda həmin fond və təşkilatların şöbələri ona görə bağlandı ki, Ağ Ev bunlar vasitəsilə ölkələrə təzyiq edə bilirdi.\r\n\r\n“Qeyrətə gəlib, Rusiyanı yerində oturtsa…”\r\n\r\nPolitoloq Hikmət Hacızadə “Cümhuriyət”ə deyib ki, ABŞ-ın xarici siyasətdə hansı xətti tutacağı Trampdan asılı deyil. H.Hacızadənın sözlərinə görə, Amerikada qanunları Konrqes qəbul edir və təsdiqləyir, prezident yox: “Əgər Konqres prezidentin siyasətinə dəstək versə, bu zaman demokratik təsisatların “üçüncü dünya ölkələri”ndəki fəaliyyətləri sıradan çıxacaq və ABŞ-dan demokratik dəyərlərə dəstək kəsiləcək. Ancaq buna inanmıram. Konqresin “Maqnitski Aktı” və digər səviyyədə olan sanksiya qanunları var. ABŞ-da kimin hakimiyyətdə olub-olmamasından asılı olmayaraq, heç bir hökumət bu qanunlardan kənara çıxa bilməz. Digər yandan demokratiya məsələlərinə əsasən ABŞ yox, Rusiya ilişir. Rusiya hara əl atsa, ora dağılır. Əgər Tramp qeyrətə gəlib, Rusiyanı yerində oturtsa, demokratiya haqqında danışmaq lazım gəlməyəcək. Vaxtilə bunu Reyqan etmişdi, indi bunu Trampdan gözləyirlər”.\r\n\r\n“Tramp fikirlərinə düzəlişlər etməyə başlayıb”\r\n\r\nAMİP Siyasi şurasının üzvü Əli Orucov “Cümhuriyət”ə bildirib ki, Tramp bundan əvvəl səsləndirdiyi fikirlərə düzəlişlər etməyə başlayıb. Ə.Orucov hesab edir ki, yeni prezident də öz hakimiyyəti dönəmində xarici siyasətdə insan haqları və demokratiya məsələlərinə önəm verəcək: “Amma Tramp siyasətçi deyil, iş adamıdır. Bir qədər də avantüristdir. Təbii ki, onun hərəkətlərini, fikirlərini çərçivəyə salacaqlar. Öz biznesini idarə etdiyi kimi dövləti də idarə etməyə imkan verməyəcəklər. Çünki ABŞ dünyanın hegemon dövlətidir və bu nüfuzunu əlində saxlamağa çalışır. Tramp bundan sonra hansı addım lazım olacaqsa, onu da atacaq”. AMİP yetkilisi qeyd edib ki, bu gün əsas məsələ dünyanın qütbləşməsiylə bağlıdır: “Əvvəllər ABŞ dünyanı təkbaşına idarə edirdisə, indi Rusiya və Çin də var. Bu ölkələr də qlobal siyasətdə öz mövqelərini möhkəmlətmək üçün ciddi addımlar atırlar. Buna görə də ABŞ artıq öz müttəfiqləriylə birlikdə Suriyada istədiyini edə bilmir. Qorxulu hal budur ki, geosiyasi əhəmiyyət daşıyan dövlətlər dünyanı bölmək istəyən güclərin savaş meydanlarına çevrilirlər. Biz bunu görmək istəmirik”.\r\n\r\nMənsur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Haqqımızda | Bizimlə Əlaqə