Qorxulu dünya planı

Qorxulu dünya planı

Yanvar 11th, 2017
Analitika

Yaxın Şərq 14 dövlətə bölünəcək\r\n\r\nRokfeller: “Bütün millətlərə dövlət yaradacağıq”\r\n\r\nAmerikalı analitik Cim Marrs iddia edir ki, qlobalistlərin hədəfi “Vahid Dünya Dövləti” qurmaqdır. “Planlaşdırılan “Vahid Dövlət”i bir əl idarə etməli, yeganə ordusu qurulmalı və vahid iqtisadiyyatı olmalıdır. Bu xəyali dövlətə həmçinin vahid səhiyyə və təhsil sistemi də nəzərdə tutulub. Proseslərin bu planının reallaşmasına doğru inkişaf etdiyi vaxt, bəşəriyyətin yeni “Hitler”lə üzləşməyəcəyini heç kəs inkar edə bilməz”, – deyə Marrs qeyd edir.\r\n\r\nPlanın icraçısı “Beynəlxalq Münasibətlər Şurası”dır (CFR). Dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycanda CFR-in güclü şəbəkəsi, adamları var və onlar iqtidarlarda ən yüksək postları tutan rütbəli dövlət adamlarıdır. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, NATO, Avropa İttifaqı, BMT və digər nüfuzlu siyasi-hərbi, maliyyə və iqtisadi təşkilatların rəhbərləri bu şura tərəfindən təyin olunurlar. Hamısı CFR-in ən nüfuzlu, ən yüksək dərəcəli (33) üzvüdür. CFR-in ən məşhur simalarından biri Samuel Hantinqton qeyd edir ki, planın tərkib hissəsi olaraq qarşıdakı illərdə bütün mədəniyyətlərin biri-birləriylə açıq savaşı başlayacaq.\r\n\r\nMədəniyyətrlərarası savaş\r\n\r\nCFR-ə tabe olan Pentaqonun dünya üçün hazırladığı yeni xəritəsində 200-dən çox dövlət parçalanıb. Hazırda 200 olan ölkələrin sayı gələcəkdə 1000-dən çox olmalıdır. CFR-in fəxri başçısı David Rokfeller bildirir ki, millətlər üzərində qurulan dövlət dəbi keçmişdə qalıb: “Biz dövlət olmaq istəyən bütün millətlərə dövlət yaradacağıq. Hazırda 200-dən çox ölkə var, bunun sayını 1000-ə qədər artıracağıq. Yaradacağımız dövlətlər maliyyə təşkilatları tərəfindən idarə olunacaqlar”.\r\n\r\nİkinci Dünya Müharibəsində Nasist Almaniyasını silah və texnikayla təmin edən şirkət “Farben” idi. Şirkət David Rokfellerin ortaqlarından biriydi. Rokfellerə məxsus “Standart Oil Company” da “Farben”in ortaqlarındandı. Müharibənin sonunda David Rokfeller və CFR-in digər nüfuzlu üzvləri milyardlarla dollar qazanc əldə etdilər. Müharibə ABŞ-a 30 milyard dollara başa gəldi. Bu məbləğ CFR tərəfindən ABŞ Mərkəzi Bankından (FED) alınmışdı.\r\n\r\nÜmumulikdə Amerikanın bank sistemi müharibədən qazanclı çıxdı. Xüsusilə Nyu-York bankları nasistlərin pullarını özlərinə yönəldirdilər. Təbii ki, ABŞ banklarına yatırılmış trilyonlarla dollar məbləğində pullar Hiter məğlub olandan sonra geri qaytarılmadı. Pul sahiblərinin əksəriyyəti öldürüldü və digərilərinin də bank hesabları donduruldu, özləri də cinayət məsuliyyətinə cəlb olundular. Həmin bankların birinin başçısı Preston Buş idi. Ümumiyyətlə Buş ailəsi CFR, “Quru kəllə və Sümüklər” adlı təşkilatların üzvüdür. 2001-ci ildə “Əkiz qüllələr”in partladılmasından sonra Əfqanıstan və İraqa hücum əmri verən ABŞ-ın keçmiş prezidenti Corc Buş bu savaşlardan da öz banklarına milyonlarla dollar maddi vəsait yönəltdi.\r\n\r\n11 Sentyabr Rokfellerin ssenarisidir\r\n\r\nCFR və qlobalistlər qazanc əldə biləcəyi hədəf dövlətlərə girmək üçün əvvəlcə süni bəhanələr yaradırlar və bura daxil olmaqçün zəmin hazırlayırlar. Vaxtilə Yaponiyanı nüvə silahıyla vurmaq üçün əvvəldən hazırlanmış plan üzrə “Perl Harbor” partladıldı. Məsuliyyəti Yaponiyanın üzərinə atıldı. Daha sonra ABŞ aresnalına daxil etdiyi nüvə bombalarını sınaqdan keçirmək məqsədiylə Naqasaki və Xirosima adalarını vurdu. Hansı ki, 11 Sentyabr hadisəsi NATO və Pentaqonun Yaxın Şərq və Orta Asiyaya girməsi üçün hazırlanmış süni bəhanəydi. Rejissor Yellen Russo milyarder Nikolas Rokfellerlə (Rokfeller ailəsindən) etdiyi sensasion söhbət barədə mediaya verdiyi açıqlama dünyada şok effekti yaratdı.\r\n\r\nRusso iddia edirdi ki, 11 Sentyabr hadisəsi Rokfeller ailəsi tərəfindən Asiyanın müsəlman dövlətlərinə qarşı hücum üçün hazırlanmış siyasi ssenaridir: “Hadisədən 11 ay əvvəl gecə vaxtı Nikolas Rokfeller mənə zəng etdi. Dedi ki, hadisə baş verəcək və Əfqanıstana girəcəyik, Xəzər dənizindən boru kəməri çəkəcəyik, İraqa girəcəyik, neft bizim olacaq, neftlə zəngin olan bütün bölgələr bizim əlimizə keçəcək, Veneusela da bizim olacaq. Dediklərinin ikisi reallaşıb. Mənə gülərək dedi ki, oralara heç vaxt tapa bilməyəcəyimiz birini axtarmaq üçün girəcəyik. Tez-tez söhbətində “terrorla mübarizə” ifadəsini təkrarlayırdı. Dedi ki, unutma, bir şeyi nə qədər təkrarlasan, hər kəs buna inanacaq”.\r\n\r\nBin Ladenin axtarışında\r\n\r\nHadisədən dərhal sonra “əl-Qaidə”, “Taliban” və Üsamə bin Laden ifadələri dünya KİV-lərinə zəbt etdi. 11 Sentyabrın məsuliyyətini “əl-Qaidə” öz üzərinə götürmüşdü. Uzun müddət bu məsələnin ölkələrdə təbliğatı aparıldı, hadisələrin axırında NATO və Pentaqon Əfqanıstana girdi. Ölkəyə nəzarət ələ keçirildikdən sonra ingilis və yəhudi strateqlərin yaratdıqları xəyali Üsamə bin Laden öldürüldü. Şübhəsiz ki, Əfqanıstana hücum dünyanın siyasi xəritəsini dəyişmək üçün başlanğıc nöqtəsiydi. Hansı ki, hadisələrin axarında Misir, İraq, Tunis, Suriya, Liviya və digər dövlətlər “domino effekti” ilə biri-birilərinin üzərlərinə aşırıldılar, rejimlər devrildi, ölkələrin özləri də parçalandı. Russo qeyd edir ki, dünya qlobal dəyişiklik ərəfəsindədir: “Uzun illərdir dünya qlobal siyasi və iqtisadi böhrandan çıxa bilmir. Süni formada yaradılmış bu böhran planın həyata keçirilməsi üçün münbit şərait yaradır. Xalqlar gec-tez qlobalistlərin “Yeni Dünya Nizamı”nı məcburən qəbul edəcəklər”.\r\n\r\nTürkiyə təhlükə qarşısında\r\n\r\nPlana uyğun olaraq, Yaxın Şərqin 5 dövləti – Suriya, İraq, Səudiyyə Ərəbistanı, Liviya və Yəmən 14 yeni dövlətə bölünəcək. Müxtəlif məzhəblər və etniklər üzərində yaradılacaq bu kiçik ölkələr eyni mərkəzlərə tabe olacaqlar. Zəncirin ən böyük həlqəsi Türkiyənin də parçalanmasını nəzərdə tutan “Kürdüstan” dövlətidir. Ən böyük parçalanmanın Səudiyyə Ərəbistanına düşdüyü planın tərkib hissəsi olaraq, proseslərin sonunda Ələvistan, Kürdüstan, Sünni, Şiə, Şərqi Ərəbistan, Qərbi Ərəbistan, Cənubi Ərəbistan, Vəhabi Ərəbistanı, Cənubi Yəmən, Şimali Yəmən, Sirənqaya, Trabulsqarp və Fizə adlı ölkələr qurulmalıdır.\r\n\r\n“Böyük Yaxın Şərq” proyekti\r\n\r\nABŞ-da nəşr olunan “The Atlantic Monthly” jurnalı iddia edir ki, parçalanma İrandan da yan keçməyəcək. Bu ölkənin ərazisində Ərəb, Kürd və Türk dövlətləri qurulacaq. Fələstinə dövlət statusu tanımayan qlobalistlər regionda “Böyük Ermənistan” yaratmağı da planlaşdırırlar. Xəyali “Böyük Ermənistan” proyektinə Türkiyə (Şərqi Anadolu) və Azərbaycanın (Dağlıq Qarabağ) bir hissəsi daxil edlib. Analitik Cefri Qoldberq qeyd edir ki, Asiya, yaxud Yaxın Şərq dövlətlərində baş verəcək böyük parçalanma ABŞ-ın “Vilson Bəyannaməsi”nin 12-ci maddəsinə əsaslanır. Qoldberq həmçinin bu planın ABŞ-ın “Böyük Yaxın Şərq Proyekti”ni əks etdirdiyini də iddia edir: “Bu proyekt Yaxın Şərq və bölgəyə yaxın coğrafiyanı əhatə edəcək.\r\n\r\nAzərbaycan Ketzmanın xəritəsində\r\n\r\n2008-ci ildə ABŞ Konqresi tərəfindən hazırlanmış “Post-Səddam dönəmində kürdlər” adlı hesabatı Azərbaycandan da yan keçmir. Konqresə bağlı “Konqres” Araşdırmalar Mərkəzinin rəhbəri Kinnet Ketzman tərəfindən hazırlanmış hesabata (həmçinin xəritə) əsasən, 1000 həlqəlik zəncirin ən böyük həlqəsi olan “Kürdüstan” Türkiyənin cənub və şərq Anadolu bölgələri, İranın qərbi, Suriyanın şimal-şərq, Ermənistan və Azərbaycanın bir hissəsində yaradılmalıdır. Ketzmanın xəritəsində “Böyük Yaxın Şərq” və “Şimali Afrika Ölkələri” adlı iki fərqli proyekt var.\r\n\r\n“Böyük Yaxın Şərq Proyekti” (“Greater Middle East Initiative”) qərbdə Mərakeşin Atlantik okeanı sahilləri, şərqdə Pakistanın şimalı (Qaraqorum yaylası), şimalda Türkiyənin Qara dəniz sahilləri, Cənubda Ədən körfəzi və Yəməni əhatə edir. Müəllifi ABŞ-ın keçmiş prezidenti Corc Buş olan proyektə münasibətində Ağ Evin keçmiş təhlükəsizlik üzrə məsləhətçisi Kondoliza Rays demişdi ki, bu, layihə əsasında 22 dövlətin (o cümlədən Azərbaycanın) sərhədləri dəyişdirilməlidir. Əlbəttə plana doğru ilk addım kimi İraq və Əfqanıstan işğal olundu, terrorçu terror təşkilatları arasında bölüşdürüldü. Hədəfə alınan digər dövlətləri də şəkilləndirəcək proseslər üçün ən böyük addım Suriyada atıldı. Region və bura yaxın dövlətlərin taleyi Suriya məsələsindən asılıdır.\r\n\r\nNiyə Yaxın Şərq?\r\n\r\nBöyük dəyişikliyə Yaxın Şərq və ətrafında başlanılması təsadüf deyil. Çünki dünyanın təbii qaz ehtiyatının 34%-i bu regionda yerləşir. 2020-ci ildə bölgədə gündəlik neft hasilatı 119 milyon barelə qalxacaq. Yaxın Şərq və yaxın ətrafından çıxarılan neftin keyfiyyəti yüksək, qiyməti ucuzdur. Dünyanın neft ehtiyatının 65.4%-i burada yerləşir. Bu, 1.045 milyard barel neft deməkdir. Misir, Əlcəzair, Liviya, Azərbaycan və Tunisin ehtiyatlarını da bura əlavə etsək, bu, dünyanın “qara qızıl” ehtiyatının 71%-i deməkdir.\r\n\r\n“Yeni Amerika Əsri” layihəsi\r\n\r\n“Yeni Amerika Əsri” layihəsinə (PNAC) görə, III min illikdə (2000-ci illərdə) XXII əsr başlamadan “Vahid Dünya Sistemi”nin (yaxud dövləti) qurulması işi başa çatdırılmalıdır. Plan 2000-2100-cü illər aralığını əhatə edir, 4 mərhələdən ibarətdir. 2000-2025-ci illər I, 2025-2050-ci illər II, 2050-2075-ci illər III, 2075-2100-cü illər IV – sonuncu mərhələni əhatə edir. 2023-cü ildə ilk rübdə görülən işlər analiz edilərək, 2025-ci ildə sənəd formasında qəbul edilib, imzalanmalıdır. İlk mərhələ “Dinlərarası dialoq” proyekti çərçivəsində islam coğrafiyasına nəzarət tamamilə ələ keçiriməli və parçalanma işləri yekunlaşmalıdır.\r\n\r\nDünyanın ruhani lideri\r\n\r\nTəbliğatın hissəsi kimi dünya xalqları Vatikan (katolik) kilsəsinə yönədiləcək və Roma papası bütün dünyanın ruhani lideri olaraq təqim olunacaq. Bu o vaxt baş verəcək ki, xalqlar birmənalı şəkildə papanı öz liderləri kimi qəbul etdiklərini elan edəcəklər. İslam və buddizm sekulyarlaşdırılacaq, bu dinlər içindən seçiləcək şəxslər liderlər olaraq Vatikan tərəfindən təyin olunacaqlar. İkinci rübdə “Birləşmiş dünya iqtisadiyyatı”nın qurulması yönündə olan işlərin icrasına başlanılacaq. Milyarder Corc Soros qeyd edir ki, 18 ay ərzində ayrı-ayrı dövlətlərdə baş verən “Qızılgül”, “Lalə”, “Narıncı” və “Sidr” inqilabları bu planın başlanğıcı idi. Soros bildirir ki, yeni dövrün inqilabları millətləri yox, siyasi rejimləri hədəfə alacaq.\r\n\r\n2099-cu il: Dördüncü rübdə (2050-2075) ABŞ dünyanın 1\4 hissəsinə nəzarəti ələ keçirmiş vəziyyətdə olacaq. Dünya 2075-ci ildən Brüssel, yaxud Laheydə qurulduğu elan olunacaq “Böyük Avropa Parlamenti” tərəfindən idarə edilməlidir. Dördüncü rübdə – 2077-ci ildən qitələrin hamısının birləşdirilməsi işinə başlanılacaq. Qitələr üçün nəzərdə tutulmuş Millətlər Birlikləri fəaliyyətlərinə start verəcəklər. 2095-ci ildə dünya əhalisinin sayının 10 milyard nəfəri keçəcəyini nəzərə alan qlobalistlər “Bir ölüm, bir ad” planını işə salaraq, insanların sayını 1 milyard nəfərədək azaltmağa başlayacaqlar.\r\n\r\nAzərbaycan planda\r\n\r\nABŞ-da nəşr olunan “The National İnterest” jurnalı Ermənistan – Azərbaycan münaqişəsinə dair sensasion iddia ilə çıxış etdi. Mənbə iddia edir ki, ABŞ ordusu Azərbaycan və Ermənistana hərbi müdaxiləyə hazırlaşır. Jurnalın iddiasına görə, ABŞ ordusu öz əsgərləri üçün müdaxilə etmək üçün “mürəkkəb keçmişi olan” beş xəyali dövlət seçib.\r\n\r\nAriana, Atropiya, Donovia, Gorqas və Limaria adlı bu şərti dövlətlər xəyali Qafqaz peyzajında qurulub. Bu beş dövlət “Təlim mühiti üçün qətiyyətli hərəkətlər” (“Decisive Action Training Environment” və ya DATE) qrupunda birləşib. Pentaqonun sənədlərində göstərilir ki, hərbi təlimlər həmin şərti dövlətlərdə döyüş aparmaq ssenariləri əsasında planlaşdırılmalıdır.\r\n\r\nMənsur Rəğbətoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Haqqımızda | Bizimlə Əlaqə