ABŞ-dan Rusiyaya gözlənilməz zərbə

ABŞ-dan Rusiyaya gözlənilməz zərbə

Yanvar 12th, 2017
Analitika

Respublikaçılar sərt sanksiyalar hazırlayır\r\n\r\nMoskva 20 ölkədə seçkiyə müdaxilə edib\r\n\r\nRusiyanin Amerikada noyabrın 8-də keçirilən prezident seçkilərinə müdaxiləsi və Donald Trampın qələbəsinin təmini ilə bağlı müzakirələr getdiyi bir zamanda rəsmi Moskvanın daha hansı ölkələrdə seçkilərə təsiri sual doğurur. ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Ceyms Klepper bildirib ki, Rusiya dünyanın ən azı 20 ölkəsində seçkilərə təsir göstərib. “Reuters” yazır ki, ölkənin baş kəşfiyyatçısı bu barədə Senatda kəşfiyyatla bağlı dinləmələrdəki çıxışı zamanı deyib. “Rusiya bütün dünyanın kiberməkanında cəsur oyunçu olmaqda davam edir”,- deyə Ceyms Klepper vurğulayıb.\r\n\r\nAncaq Klepper Rusiyanın hansı ölkələrdə seçkiyə müdaxilə etməsi barədə təfərrüatı açıqlamayıb. Xatırladaq ki, daha əvvəllər də senatorlar Con Makkeyn, Ben Kardin və Robert Menendes kiberhücumlara görə Rusiyaya qarşı sanksiyaların artırılması məsələsini gündəmə gətirmişdi. Rusiya isə bu barədə bütün ittihamları rədd edir. Xatırladaq ki, ABŞ prezidenti Barak Obama prezident seçkilərinə kiberhücumlar təşkil etdiyinə görə, Rusiyanın 35 diplomatını 2016-cı il dekabrın 30-da arzuolunmaz şəxs elan edib və ölkədən çıxarılması barədə qərar verib.\r\n\r\nMedianın Mərkəzi Kəşfiyyat İdarəsindən əldə etdiyi məlumatda Rusiyanın seçkilərdə ART 28 və ART 29- haker sistemlərindən istifadə edərək Demokratlar Partiyasının namizədi Hillari Klintonun seçki qərargahından məxfi məlumatlar əldə etdiyi, habelə, təbliğat kampaniyasının və səsvermənin nəticələrini dəyişməyə çalışdığı bildirilir.\r\n\r\nRusiyanın adının digər ölkələrdəki seçki proseslərinə hakerlər vasitəsilə müdaxiləsi diqqəti Avropaya yönəldib. Belə ki, aprel ayında Fransada prezident, oktyabr ayında isə Almaniyada parlament seçkiləri keçiriləcək. Siyasi müşahidəçilər Rusiya Federal Təhlükəsizlik Xidmətinin və Rusiya Baş Qərargahının Kəşfiyyat Xidmətinin (QRU) bu seçkilərə müdaxilə ehtimalını nəzərdən keçirirlər.\r\n\r\nSeçki prosesinə kiberhücumlar təşkil etdiyinə görə, ABŞ Rusiyaya qarşı daha genişmiqyaslı sanksiyalar tətbiq etməyə hazırlaşır. Artıq qadağaları nəzərdə tutan qanun layihəsi ABŞ Senatına daxil olub. Layihənin müəllifləri Respublikaçılar Partiyasından Con Makkeyn, Lendsi Qrem, Robert Portman, Demokratlardan isə Ben Kardin və Bob Menendesdir. Qanun Amerika vizalarının verilməsi üçün icbari qadağaların tətbiqini, dövlətin kibertəhlükəsizliyini, infrastruktur sahələrini və demokratik institutlarını sarsıdan şəxslərin aktivlərinə həbs qoyulmasını nəzərdə tutur.\r\n\r\nBundan başqa, sanksiyalar hakerlərə informasiya və maliyyə dəstəyi verən şəxslərə də tətbiq olunacaq. Qanun layihəsinin müəllifləri məhdudiyyətlərin Rusiyanın müdafiə və kəşfiyyat orqanlarına tətbiq edilməsini də təklif edir. Söhbət ilk növbədə, Federal Təhlükəsizlik Xidmətindən və Baş Qərargahın Kəşfiyyat Xidmətindən gedir. ABŞ-ın milli təhlükəsizlik nazirinə kibertəhlükələr barədə ictimaiyyəti məlumatlandırmaq səlahiyyəti verilir. Bu məqsədlə 2018-2019-cu illərdə 25 milyon dollar vəsaitin ayrılması təklif olunur.\r\n\r\n“Şimal axını-2” layihəsi təhlükədə\r\n\r\nHəmçinin, qanun Rusiyanın neft və təbii qaz hasilatına, suveren borcların və Rusiyanın dövlət aktivlərinin özəlləşdirilməsinə dair alqı-satqı əməliyyatlarında iştiraka qadağa qoyulmasını təklif edir. Böyük ehtimalla yeni məhdudlaşdırıcı tədbirlər Rusiyanın “Şimal axını-2” layihəsinin mövcudluğunu zərbə altında qoyacaq. Layihə neft və qaz hasilatı sahəsində 20 milyon dollar, boru kəmərlərinin inşasında 5 milyon dollar, mülki məqsədlərlə nüvə obyektlərinin tikintisində 1 milyon dollardan artıq sərmayə qoyan hüquqi və fiziki şəxslərə də aid ediləcək. “The Wall Street Journal” yazır ki, Rusiya dövlət aktivlərinin özəlləşdirilməsində iştirak edən üçüncü ölkələrin şirkətləri də sanksiyalara məruz qalacaq.\r\n\r\n“Sanksiyalar onlara ixrac əməliyyatları etmək, ABŞ-ın bank sistemindən və dövlət tədarükü sistemindən istifadə etməyə imkan verməyəcək”-Ben Kardin belə deyib. Onun sözlərinə görə, qanun layihəsinin bir hissəsi “Ukraynada və Gürcüstandakı fəaliyyətə görə və Krımın ilhaqına görə” adlanır. Sanksiyalar haqqında qanunun ABŞ-ın yeni dövlət katibi, “Exxon Mobile” şirkətinin rəhbəri Reks Tillersonun təsdiqlənməsindən sonra Senatda dinləmələrə təqdim olunacağı gözlənilir.\r\n\r\nRusiya Siyasi Texnologiyalar Mərkəzinin vitse-prezidenti Aleksey Makarkin “Exxon”un maraqları olan yerdə sanksiyaların yeni dövlət katibinə şamil ediləcəyinə şübhə ilə yanaşdığını deyib. Ekspertin fikrincə, Tillersonu qəti şəkildə pisləyən olmasa, rəqibləri onu məhdudlaşdıra bilməyəcək. Hər şeydən əvvəl amerikalı senatorlar Tillersonun Rusiya ilə tarixi əlaqələrini nəzərə almalıdır. Lakin ABŞ-ın yeni dövlət katibinin mövqeyi heç də Kremlin arzuladığı kimi olmayıb.\r\n\r\nReks Tillerson senatorlar qarşısındakı çıxışında Rusiyaya qarşı sərt tədbirləri davam etdirməyin vacibliyini bəyan edib: “Rusiya bu gün təhlükədir. O, Ukraynanı işğal etdi, Krımı tutdu, müharibə qanunlarını kobudcasına pozan Suriya qüvvələrini dəstəklədi. Bizim müttəfiqlərimiz və NATO Rusiyanın bu hərəkətlərindən narahatlıq keçirməkdə haqlıdırlar. Rusiya dünya miqyasında hörmət və nüfuz qazanmağa çalışdığı zaman onun hərəkətləri Amerikanın maraqlarına zərbə vurur. Rusiya bilməldir ki, biz özümüzün və müttəfiqlərimizin vəzifə və maraqlarını qorumaqda davam edəcəyik. Rusiyanı öz hərəkətlərinə görə məsuliyyətə çəkmək lazımdır”.\r\n\r\nTramp: “Rusiyaya borcum yoxdur”\r\n\r\nABŞ-ın yeni prezidenti Donald Tramp isə Rusiyanın onun seçilməsində maraqlı olması barədə deyilənləri özünün “Twitter” səhifəsində “kaftar ovlamaq” adlandırıb. “Hazırlanmış xəbərlər total siyasi kaftar ovudur!”. ABŞ-ın “BuzFeed” mərkəzi Britaniya kəşfiyyatının ABŞ-ın xüsusi xidmət orqanlarına istinadən CNN-ə verdiyi açıqlamanı şərh edib. Mənbə bildirir ki, Rusiya hakimiyyəti guya beş il ərzində D.Trampa davamlı dəstək verərək, fahişələrlə görüşlər də daxil olmaqla, onun üçün böyük kompromatlar toplayıb. \r\n\r\nBritaniya kəşfiyyatçısının qeyd edilən iki səhifəlik xülasəsi brifinq zamanı Donald Trampa təqdim olunub. Yanvarın 6-da kəşfiyyat orqanlarının rəhbərləri ilə görüşən Donald Tramp Rusiya və Çinin ABŞ Dövlət Departamentinə kiberhücumlar təşkil etdiklərini, lakin bunun seçkilərin nəticəsinə təsir göstərmədiyini deyib. Donald Tramp sosial şəbəkədə onu da qeyd edib ki, Rusiya heç vaxt ona təzyiq göstərməyib. “Mənim Rusiya ilə heç bir münasibətim, öhdəliyim, borcum yoxdur!”-deyə Tramp bildirib. Tramp seçkilərdə şəffaf şəkildə qalib gəldiyini, rəqiblərinin onu ləkələmək istədiyini deyib. \r\n\r\nMüşfiq Abdulla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Haqqımızda | Bizimlə Əlaqə