Yuxarı

Milli Şurada diktatura rejimi

Milli Şurada diktatura rejimi

Mehriban Vəzir fərqli fikrə görə qurumdan uzaqlaşdırılıb

“Demokratik Qüvvələrin Milli Şurası” adi altında Əli Kərimlinin planlarını həyata keçirən bu qrupun maskası cırıldı. Belə ki, 30 aprel tarixində baş tutan Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının ümumi yığıncağı və Koalisiya Şurasına seçkilərlə yazıçı-publisist, hüquq müdafiəçisi Mehriban Vəzir qanun pozuntuları olması ilə bağlı açıqlama tələb edib. Mehriban Vəzirin bu araşdırma tələbinə isə ilk reaksiya əslində, məsələyə heç bir aidiyyatı olmayan Milli Şuradan gəlib.

Mehriban Vəzirin araşdırılmasını tələb etdiyi məsələ isə birbaşa olaraq Oqtay Gülalıyevlə bağlıdır. Belə ki, O.Gülalıyev Koalisiya Şurasına keçirilən seçkilərdən sonra Milli Şuranın Koordinasiya Mərkəzinə aid olan şəbəkəyə ünvanladığı ismarışdır. O.Gülalıyev mesajda “Biz qələbə qazandıq, artıq Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Şurası 50+1 bizimdir, Monitorinq Qrupunun üçdə ikisi bizimdir. Hökumətin qurduğu işləri darmadağın etdik. Hökumət bura 400 min manat pul xərcləmişdi ki, qələbə çalsın, amma biz buna yol vermədik. Hökumət koalisiyasını QHT-yə çevirib idarə etmək istəyirdi, buna imkan vermədik”-deyə qeyd edib.

Bu mesajdan sonra səslənən bu fikirlərə açıqlama tələb edən Mehriban Vəzir Milli Şura üzvülüyündən uzaqlaşdırılıb. Qeyd edək ki, Mehriban Vəzirin Milli Şura üzvlüyündən çıxarılması qərarı Gözəl Bayramlı, İlham Hüseyn, Oktay Gülalıyev və görüşün keçirildiyi mənzilin sahibi Tofiq Yaqublu tərəfindən verilib. Nə qədər qeyri-adi görünsə də, məsələyə heç bir aidiyyatı olmayan Milli Şura hər zamankı kimi canfəşanlıq etməsilə yadda qalıb. Biz müxtəlif zamanlarda da Milli Şuranın bu cür “qəhrəmanlıq”larla gündəmə gəlməsinin şahidi olmuşuq.

Əli Kərimlinin yaratdığı bir qurumun fəaliyyətini başqa cür də təsəvvür etmək mümkün deyil. Yaranış səbəbi kimi demokratik qüvvələrin birləşdirilməsi kimi göstərilsə də, əslində, bu qurumun demokratiyaya heç bir aidiyyatı yoxdur. Ola bilər ki, Milli Şura rəhbərliyinin demokratiya anlayışı elə bundan ibarətdir. Milli Şura üzvləri hakimiyyətdən demokratiya tələb edən Əli Kərimlinin ətrafına yığışanda onun özünün 15 ildir kresloya yapışdığını görmürdülər? Yoxsa hər zaman əsl müxalifətçiləri şantaj edərək xəyanətkar adlandıran Əli Kərimlinin xislətindən xəbərləri yox idi?

Əslində, bu sualların cavabı hər bir kəsə məlumdur. Sadəcə, burada başqa bir məsələ var ki, yəqin Milli Şura üzvlərinə də bu amillər sərf edir. Əks halda bu cür “qəhrəmanlıqlar” göstərməzdilər. Xatırlayırsınızsa bir zaman Milli Şuranın sədri Cəmil Həsənlinin də başı üzərində qara buludlar dolaşırdı. O zaman Cəmil Həsənli hansısa bir məsələdə Əli Kərimli ilə razılaşmaq istəmirdi. Ancaq yenə də Kərimli siyasətinə uyğun olaraq, Milli Şura sədrinə təzyiq və təhdidlər vasitəsi ilə öz istəklərini həyata keçirə bildi. Bu qənaətə gəlməyimdə səbəb isə bu söz-söhbətlərin nisbətən səngiməsidir.

Mehriban Vəzirin Milli Şura üzvlüyündən uzaqlaşdırılması ilə bağlı qərarın kimlər tərəfindən verilməsinə nəzər saldıqda görərik ki, əslində, C.Həsənlinin sədrliyi formal xarakter daşıyır. Əks halda sədrin iştirakı olmadan Kərimli auditoriyası bu cür qərar ala bilməzdi.

Qeyd edək ki, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının keçmiş koordinatoru, hüquqşünas Əliməmməd Nuriyev səslənən ittihamlara münasibət bildirərək Oktay Gülalıyevi məhkəməyə verəcəyini bildirib. Onun sozlərinə görə, Koalisiyanın iclasının ertəsi günü Milli Şura deyilən bir təşkilatın nümayəndəsi Oqtay Gülalıyev tərəfindən bir məktub ortaya atıb:

“Hesabat xarakterli bu məktub Mehriban Vəzirin poçtuna da göndərilib. Mehriban xanıma göndərilən məktubda hansısa “qələbədən” danışılır. Orada həm də iddia olunur ki, guya, biz qələbə çaldıq, hakimiyyətdən 400 min manat pul almışıq və s. Bütün bunlar tamamilə iftiradır. Bu yalnız Mehriban xanıma və mənə deyil, o iclasda iştirak edənlərin hamısına atılan böhtandır. Guya, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Şurasına keçirilən seçkidə hansısa siyasi qüvvələrin təsiri olub. Tədbirdə iştirak edən Sabit Bağırov, Mehriban Vəzir, Azər Mehdiyev, Mirvari Qəhrəmanlıdan da izahat tələb edib. Bizə qarşı səsləndirilən bu ittihamlar koalisiya üzvlərini həddindən artıq narahat edir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları