Yuxarı

Erməni muxalifətçi hələdə Bakıda

Erməni muxalifətçi hələdə Bakıda

827a547e10e7Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyanın ailəsi ilə birgə Azərbaycana qaçması cəmiyyətdə birmənalı qarşılanmayıb. Qeyd edək ki, Martorosyan ailəsi sentyabrın 17-də Bakıya gəlib. Keçirdiyi mətbuat konfransında erməni müxalifətçi Vaan Martirosyanın Azərbaycana qaçmasını Serj Sərkisyan rejiminin ailəsinə təzyiqləri ilə əlaqələndirib: “Bura gəlməkdə məqsədim övladlarımı, ailəmi xilas etməkdir. Ermənistanda cinayətkar Sarkisyan rejiminə qarşı mübarizə apardığım üçün təzyiqlərə məruz qalırdım. Odur ki, Sarkisyanın adamları məni və ailəmi döyüb, təhqir edib”. Vaan Martirosyanın və ailəsinin sığınacaq kimi məhz Azərbaycanı seçməsi, başqa bir ölkəyə getməməsi maraq doğuran nüanslardan biridir. Çünki o, təzyiqlərə məruz qalsaydı,  istənilən Avropa ölkəsində asanlıqla sığınacaq ala bilərdi. Qeyd edək ki, Ermənistanın müxalif “Milli Azadlıq Hərəkatı” ictimai birliyinin rəhbəri Vaan Martirosyan Azərbaycana insan haqları müdafiəçisi Novella Cəfəroğlunun köməyi ilə qaçıb. Hazırda Martirosyan ailəsinin üçüncü bir ölkəyə göndərilməsi məsələsi gündəmdədir. Erməni ailəsinin hansı ölkəyə göndəriləcəyi ilə bağlı sualımızı cavablandıran Novella Cəfəroğlu bu barədə məlumata malik olmadığını deyib. Onun sözlərinə görə, bununla  dövlət  qurumları məşğul olur. Qeyd edək ki, hazırda Vaan Martirosyan və ailəsi Bakı şəhərindədir. Vilayət Muxtar      





Həftənin ən çox oxunanları