Yuxarı

“Seçkiləri boykot yanlış siyasətdi” - POLİTOLOQ

“Seçkiləri boykot yanlış siyasətdi” - POLİTOLOQ

sebuhi aliyev aslanzadeSeçki mühitinin antidemokratik olması müxalifətin 1 noyabr parlament seçkilərini boykot etməsinə gətirib çıxara bilər. Artıq bir sıra partiyalar boykot qərar veriblər. Cebhe.info-ya açıqlamasında politoloq Səbuhi Aslanbəyli deyib ki, müxalifətin boykot qərarı düzgün deyil: “Müxalifət partiyaları seçkidə iştirak etməlidir. Boykot qərarının gündəmə gəlməsinin əsas səbəbi beynəlxalq müşahidəçilərin seçkidə iştirakdan imtina etməsi oldu. Ancaq buna baxmayaraq siyasi partiyalar seçkidə iştirak etməli,  mübarizə aparmalıdır. Çünki siyasi partiyaların əsas məqsədi parlamentdə təmsil olunmaq, dövlət idarəçiliyində iştirak etməkdir”. Politoloq beynəlxalq təşkilatların Azərbaycandakı seçki mühitinin yaxşılaşdırılmasına təsir edə bilmədiyini vurğulayıb: “Hər zaman şahidi olmuşuq ki, beynəlxalq təşkilatlar, böyük dövlətlər seçkiqabağı Azərbaycanla bağlı qətnamələr qəbul edir, təzyiqlər göstərir. Ancaq seçki başa çatdıqdan sonra bütün Avropa qurumları seçki nəticələrini tanıyır”. S.Aslanbəyli deyib ki, müxalifətin boykota meylənməsi də başadüşüləndir, ancaq yanlışdır: “Beynəlxalq müşahidəçilər seçkidə iştirakdan imtina edib. Yəqin ki, necə keçirilməsindən asılı olamayaraq nəticələr beynəlxalq qurumlar tərəfindən tanınacaq. Bununla belə düşünürəm ki, müxalifətin boykot qərarı yanlış siyasətdi”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları