Yuxarı

Cavid Qurbanov Ziya Məmmədovu bitirir

Cavid Qurbanov Ziya Məmmədovu bitirir

Nazirin yaxın ətrafı “təmizlənir” “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun son günlərdə səsləndirdiyi fikir geniş müzakirələrə səbəb olub. Cavid Qurbanov QSC-də baş verən qanun pozuntularına toxunaraq bu günə qədər baş verən korrupsiya, yeyinti hallarından danışıb.Bütün bu deyilənlərin isə nəqliyyat naziri Ziya Məmmədovla Cavid Qurbanovun qarşıdurması kimi qiymətləndirilir.Çünki Cavid Qurbanovun səsləndirdiyi fikirlər birbaşa olaraq "Azərbaycan Dəmir Yolları" QSC-nin keçmiş sədri Arif Əsgərovun zamanına aiddir. Arif Əsgərovun isə Ziya Məmmədova yaxınlığı heç kim sirr deyil. Belə görünür ki, Ziya Məmmədovun başı üzərində yaranan “qara buludlar” hələ də keçməyib.Bir müddət öncə müəyyən səlahiyyətləri əlindən alınan Ziya Məmmədova qarşı indi də fərqli “hücumlar” başlayıb. Ziya Məmmədovu tam olaraq kreslodan salmaq üçün ətrafını təmizləməyə başlayıblar.Zamanında yüksək postları tutan və Ziya Məmmədova yaxın olan şəxslərə qarşı korrupsiya, yeyinti ittihamları irəli sürülür.Maraqlı orasıdır ki, bu mübarizə artıq gizli yox, mətbuatda açıq formada aparılır.Bu mübarizədə ilk hədəfə gələn şəxs isə Arif Əsgərovdur.Cavid Qurbanovun səsləndirdiyi ittihamlar da birbaşa olaraq ona ünvanlanıb.Əslində QSC-də korrupsiya, yeyinti hallarının olması zaman-zaman medianın gündəmində olub.Amma rəsmilər hər zaman bu kimi fikirləri inkar edib.Bu dəfə isə ittihamı səsləndirənlər elə rəsmilərin özləridir. Məmurların mübarizəsi... Cavid Qurbanovun mediada səsləndirilən fikirlərinin birbaşa Ziya Məmmədova ünvanlandığı heç də təsadüfi deyil.Ziya Məmmədovla Cavid Qurbanov arasında olan münasibətlərin normal olmadığı hər kəsə məlumdur. Nəqliyyat Nazirliyindən alınan səlahiyyətlərin bir hissəsinin Cavid Qurbanova verilməsi bu münasibətləri bir az da kəskinləşdirdi. Hal-hazırda da belə demək mümkündürsə vəzifədə qalmaq uğrunda qızğın mübarizə gedir.Açıq şəkildə aparılan bu mübarizədən kimin qalib çıxacağı isə hələ ki, məlum deyil.İlk hücum edən tərəf kimi hələ ki, Cavid Qurbanov çıxış edir. Ziya Məmmədovun özünümüdafiə üçün hansı addımı atacağı isə maraqla gözlənilir. Cavid Qurbanovun səsləndirdiyi korrupsiya ittihamlarına hələ ki, heç bir rəsmi cavab verilməyib. Nəzərə alsaq ki, Cavid Qurbanov yüksək ranqlı məmurdur, onun səsləndirdiyi fikirlərin ciddiliyinə heç bir şübhə ola bilməz. Bunları nəzərə alaraq Cavid Qurbanovun səsləndirdiyi fikirlərə rəsmi reaksiya verilməsi zəruridir.Səslənən fikirlərdə çox ciddi faktlar var ki, əgər təsdiqini taparsa, bu dövlətə qarşı cinayət deməkdir.Qeyd edək ki, bu açıqlamadan sonra jurnalistlərin “Azərbaycan Dəmir Yolları” QSC mətbuat xidmətinin rəhbəri Nadir Əziməmmədova ünvanladığı suala verdiyi cavab da geniş müzakirələrə yol açdı.Belə ki, N.Əzməmmədov Cavid Qurbanovun səsləndirdiyi fikirlərin yalnız bir zarafat olduğunu deyib.Bütün bu səslənən fikirlərin isə hansı nəticələr verəcəyi hələ ki, məlum deyil. Vilayət Muxtar