Yuxarı

Pakistanla hərbi ittifaq: Rəsmi Bakı risk edəcəkmi?

Pakistanla hərbi ittifaq: Rəsmi Bakı risk edəcəkmi?

Mübariz Əhmədoğlu: “Pakistanın imkanlarından yararlana bilərik”\\Arzu Nağıyev: “Bunu istəməyən dövlətlər var”\\Pakistandan Azərbaycana növbəti dəfə Dağlıq Qarabağ dəstəyi verilib. Baş nazir Məhəmməd Nəvaz Şərif və müdafiə naziri Xavaca Məhəmməd Asifdən sonra Pakistan Senatının sədri Mian Rza Rəbbani ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həll prosesində Azərbaycanı dəstəkləməkdə davam edəcəyini bildirib. O, Pakistanın Xocalı Soyqırımını da unutmadığını diqqətə çatdırıb.\\Keçən ilin son aylarından Pakistan və Azərbaycan münasibətlərinin inkişafında başlayan yeni dinamika başqa bir məsələsini gündəmə gətirib.Bu, tərəflər arasında hərbi müttəfiqliyə dair sənədin imzalanmasıyla bağlıdır. Hesab olunur ki, tərəflər bu məsələyə loyal yanaşırlar və yaxın gələcəkdə bu, rəsmi İslamabad və Bakı arasında müzakirə mövzusu ola bilər. Analitiklər də yeni xətt üzrə inkişaf edən münasibətlərin hərbi müttəfiqlik səviyyəsinədək qalxacağını istisna etmirlər.\\“Müqavilə imzalana bilər”\\Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru,  politoloq Mübariz Əhmədoğlu “Cümhuriyət”ə bildirib ki, Pakistan və Azərbaycanın hərbi müttəfiq olması məsələsinin qarşısında heç bir maneə yoxdur. Lakin M.Əhmədoğlu Azərbaycanın balans siyasətini yürütdüyünü də diqqətə çatdırıb: “Balans siyasətinin özünün ölçüsü və hesablamaları var. Məsələn, biz kənar bir dövləti regiona oyunçu kimi gətirmək istəsək, əvvəlcə bunun hesablamasını aparmalıyıq. Dağlıq Qarabağ münaqişəsini həll etmək Azərbaycanın öz gücü daxilindədir. Bəlkə də 20 il əvvəl Pakistan indiki səviyyədə olsaydı, Dağlıq Qarabağ müharibəsi baxımından bu məsələ qəbul olunardı. Azərbaycan maraqlıdır ki, regionda iştirak edən dövlətlərlə münaqişənin həlli istiqamətində öz fəaliyyətini qursun, balans siyasətində bunu nəzərə alsın.\\Amma bu, Pakistan və Azərbaycan arasındakı münasibətlər üçün maneə deyil.Həmişə ikitərəfli münasibətlər zəmində istilik olub.Bu baxımdan iqtisadi əlaqələri də inkişaf etdirə bilirik, həmçinin hərbi-təhlükəsizlik sahəsində əlaqələr inkişaf etdirilsin, hər iki tərəf bunda maraqlıdır.Azərbaycanın silahlandırılmasında Pakistanın imkanları bəlkə də heç 0.5% də iştirak etmir.Hazırda çalışırlar ki, Azərbaycan ordusunun təchizatında Pakistanın rolu artsın.Azərbaycan da Pakistanla iqtisadi münasibətləri inkişaf etdirir.Son bir neçə ayda Azərbaycanla Pakistan arasında yaranmış yeni dinamika var ki, indi bunu inkişaf etdirmək lazımdır.Bu dinamikanın inkişafı müəyyən səviyyəyə çatanda, regiondakı proseslərə başqa dövlətlər qoşulub Azərbaycana təzyiqləri artıranda, biz Pakistanın imkanlarından yararlana bilərik, bu zaman hərbi müttəfiqlik haqqında müqavilə də imzalana bilər”.\\“Pakistanla münasibətlərimizi istəməyən qüvvələr var”\\\\Politoloq Arzu Nağıyev “Cümhuriyət”ə deyib ki, Pakistanın Azərbaycana qarşı olan xoş münasibəti dövlətimiz üçün müsbət haldır. Bizi biri-birimizə bağlayan dini inanc və iqtisadi məsələlərin olduğunu deyən A.Nağıyevin sözlərinə görə, unutmaq lazım deyil ki, Pakistan islam inanclı dövlətlər arasında nüvə silahına sahib olan yeganə ölkədir: “Buna görə də Azərbaycanın belə bir dövlətlə isti münasibətlərinin olması təqdirəlayiq haldır. Lakin bu münasibətlərin müttəfiqlik səviyyəsinə qalxması inandırıcı görünmür.Çünki ABŞ və Rusiya da Pakistanı dəstəkləyir.Bu baxından müttəfiqlik məsələsi inandırıcı görünmür.Digər yandan Pakistanın separatizmlə bağlı öz problemləri var.\\Bu baxımdan da Pakistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi müsbət bir haldır. Bir neçə müsəlman dövləti var ki, bunlardan biri də Pakistandır, bunların Ermənistanla heç bir diplomatik, yaxud başqa formada əlaqələri yoxdur, heç onu dövlət kimi də qəbul etmirlər. Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan bura daxildir. Təbii ki, bizim Pakistan və digər güc dövlətləriylə inkişaf edən münasibətlərimizi istəməyən qüvvələr də var. Lakin Azərbaycan hakimiyyəti buna baxmayaraq Pakistanda baş verən hadisələri doğru dəyərləndirir və bu dost ölkəyə iqtisadi, humanitar yardımlar edir. Eyni zamanda qarşılıqlı olaraq yüksək səviyyədə təşkil olunan səfərlər də dünya ictimaiyyətinin nəzərindən qaçmır.Düşünürəm ki, müttəfiqlik səviyyəsində olmasa da çox yüksək səviyyədə qarşılıqlı münasibətlər var”.\\Mənsur Rəğbətoğlu\\





Həftənin ən çox oxunanları