Barəsində həmişə söz düşəndə "cənnət kimi yerlərdir" deyilən Qusarın elə kəndləri var ki, bu yaşayış məntəqələrinin özünü sözün əsil mənasında cənnət adlandıra bilsək də, oralara cəhənnəmdən də betər olan yollardan keçib getməli oluruq. Məsəlçün, rayonun Urva kəndi... Şahdağın ətəklərinə doğru gedən yolun üstündə yerləşən Çiləgirdən dönüb üzü Urvaya gedən yollardan sağ-salamat dönüb qayıtmaq bir az şübhə məsələsidir... Urva kəndinin girişində Cağar derivasiya tipli kanal üzərində inşa olunan su elektrik stansiyası yerləşdiyindən bir vaxtlar ora asfalt döşənmişdi. Hətta bu strateji obyektin açılışında Prezident İlham Əliyev şəxsən iştirark edib. Elə bu səbəbdən də, illər oncə stansiyanın yolları "yolsalan qardaslarmiz “ tərəfindən acaq kəndin girəcəyinə qədər, necə deyərlər, "maskirovka" edilmişdi. Yəni, o vaxt yol ancaq "Qusar-1" kiçik su elektrik stansiyasına qədər asvaltlanmışdı... Ciləgiri kecib Urva kəndinə yönəldik. Aradan o qədər də çox vaxt keçməsə də, haqqında danışılan yollar artıq dağılıbdır. Asfalt döşəmədən əsər qalmayıb. Kəndə doğru getdiyimizi əminliklə bilsək də, yolların bərbadlığı çaşdırdı bizi.. Bu yollardan sanki kimsə istifadə eləmir, kimsə gedib-gəlmir... Normalda 15 dəqiqəyə qət ediləcək yolu bir saata kedib-getmək mümkün deyil. Kəndin mərkəzinə catmaq üçün xeyli zəhmət sərf eləməli olduq. Bir müddət öncə kəndə güclü leysan yagdığı məlumdur. O zaman bütün el-obaya da, yollara da ciddi zərər dəydiyi məlumdur. Leysan bir çox yerdə yolları tamam yuyub aparmışdı. Qarşımıza məktəbə gedən sagirdlər çıxır. Məktəblilərədn birinin əlində çantayla bərabər sellofan torpanın olması istər-istəməz diqqət çəkir. Uşaqlardan birinə yaxınlaşıb torbanın içindəkilərlə maraqlanırıq. Sən demə, sellofanda məktəbli öz ayaqqabılarını daşıyırlar. Bu cavabdan sonra bu palçıqlı yollarda onların ayaqlarındakı tezin çəkmələri diqqətimiz şəkir. Qusarda Hil kənd orta məktəbindən sonra böyüklüyünə və hər cür müasir şəraitlə təmin olunduğuna görə ikinci yer tuta Urva kənd məktəbi Azərbaycanın birinci xanimi Mehriban Əliyevanın təşəbbüsü və qayğısı ilə inşa olunub. Buradakı uşaqların əksəriyyəti təhsil almaq üçün təxminən üç kilometrlik məsafəni bu palçıqlı yollarla dərsə gəlib-qayıtmalı olurlar. Təsəvvür edəndə ki, şagirdlər dərsə vaxtında və səliqəli formada çatmaq üçün çantasıyla yanaşı sellofan torba daşımalı olur, bu ağır yük onların balaca vücudlarına hansı zərərləri vurur, fikirləri necə dağınıq olur, onda adamın ürəyi ağrıyır... Axı nəyə görə, hansısa məmurun vaxtında öz işini səriştəsiz və ya tamahkarcasına görməsi bu millətin gələcəyinin məhvinə səbəb olmalıdır? Bir yandan da düşünsək ki, bu yollarda hələ maşınla 15 dəqiqəlik yolu 1 saata gəlmək olur, bəs onda balacalara piyada gəlmək üçün nə qədər vaxt itirməlidirlər? Olmazmı ki, onların məktəbə vaxtında və rahat gəlib qayıtması üçün avtobus ayrılsın?! P.S. Təbiətin özünün yaratdığı gözəlliklərin bağrına öz əməlləriylə "gözəllik" dağı çəkən əlaqədar qurumlar işlərini layiqincə görsəydilər kaş ki... Anfisa Zinyeddin
- Ana səhifə
- Cəmiyyət
- Cənnətə cəhənnəmdən keçid: Dağılan yollar
Cənnətə cəhənnəmdən keçid: Dağılan yollar
Bu bölmədən digər xəbərlər
- İctimai Birlik uşaqlar üçün əyləncəli tədbir keçirib Tarix 13 Fevral, 15:49
- Su ehtiyyatlarının qorunması ilə bağlı ictimai dinləmə keçirilib Tarix 2 Fevral, 14:34
- İctimai Birlik Yeni il şənliyi keçirib Tarix 30 Dekabr, 13:45
- Sığınacaqda maraqlı layihə başa çatdı: Xidmət paketləri təklif edilib Tarix 16 Oktyabr, 13:11
- Şuşanın ayaqları - İradə Aytelin yeni hekayəsi Tarix 16 Oktyabr, 12:17
- Sığınacaq sakinlərinə şikayət etmək qaydası da öyrədilir - FOTOLAR Tarix 10 Oktyabr, 11:27
- Azərbaycanda ilk: Kişilərin zorakılığa münasibətini öyrənən tədqiqat Tarix 3 Oktyabr, 13:59
- QHT ictimaiyyət və KİV-lə görüş keçirdi Tarix 3 Oktyabr, 11:07
- Ailə mediasiyası Tarix 26 Sentyabr, 12:52
- Mediasiya nədir? Tarix 13 Sentyabr, 16:03
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi