Yuxarı

Misir Mərdanovun “şalvar qadağası" aradan qalxdı

Misir Mərdanovun “şalvar qadağası

misir

Müəllimlərə vahid formanın tətbiqi yenidən gündəmə gəlib. Ekspertlər hesab edirlər ki, bəzi müəllimlərin xarici görünüşü şagirdlərdə yanlış təsəvvür yaradır və tədris prosesinə mane olur. Müəllimlərin açıq-saçıq, təlim- tərbiyə müəssisəsinə qətiyyən uyğun olmayan geyimlərinin tədris prosesinə mənfi təsiri nəzərə alınaraq, pedaqoqların vahid formaya keçidi təklif olunur.

Məsələni Cebhe.info-ya şərh edən Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyib ki, pedaqoqların məktəbə aşırı bərbəzəkli, sinəsində yazılı şəkillərdən ibarət, həmçinin çoxlu sayda zinət əşyaları ilə gəlmələri yolverilməz haldır: “Müəllim şagirdə təkcə bilik vermir, müəllim həm də şagirdə estetik tərbiyə verməlidir. Təəssüf ki, son zamanlar müəllimlər açıq-saçıq geyimlərə daha çox üstünlük verirlər. Bədənin əzalarını göstərən şalvarların geyinilməsi, kəmərlərin bağlanması şagirdlər üçün çox pis örnəkdir. Müəllimlər şalvar geyə bilərlər. Amma o halda ki, yalnız qara rəngdə və əzaya yapışmayan olsun”. Məlahət Mürşüdlü belə hesab edir ki, “Təhsil haqqında” Qanuna pedaqoqların geyimi ilə bağlı maddə salınmalıdır: “Qanunda belə bir maddənin olması müəllimlərin geyim problemini həll etmiş olardı. Bu gün bir çox məktəblərdə xoşagəlməz hallar baş alıb gedir. Vahid formanın olmasına müəllimlərin, məktəblərin özləri də qərar verə bilərlər. Qanunda bu nəzərdə tutulsaydı, inzibati yollarla məsələ həllini tapardı”. Ekspert onu da əlavə edib ki, Türkiyə təhsil qanunlarında müəllimlərin geyimi haqda müddəa var: “Məsələn, Türkiyənin istənilən fənn müəllimi sinifə daxil olanda ağ xalat geyinir. Kosmetik vasitələrdən istifadə etmirlər”.

Məlahət Mürşüdlünun fikrincə, bu məsələ ictimai müzakirəyə çıxarılmalıdır: “Belə olan təqdirdə məktəb rəhbərləri öz qərarlarını verəcəklər”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları