Yuxarı

Azərbaycanda quldarlıq dövrünün müasir şəkli

Azərbaycanda quldarlıq dövrünün müasir şəkli

qul bazari"Qul bazarı"ndakı fəhlə: "Ümid körpümüzü uçurmayın" Azərbaycanda quldarlıq quruluşunun qalıqlarını görmək üçün çox uzağa getməyə ehtiyac yoxdur.  Xəyalların şəhəri, hətta peyğəmbərlərin belə yaşamaq istədiyi şəhər olan paytaxt  Bakıda son dövlər kütləviləşməyə və sayı daha da artmağa doğru gedən kifayət qədər qul bazarları var.   Şəhərin Xətai rayonunda yerləşən, "qul bazarı"-nda çörəkpulu qazanmaq üçün isti-soyuq demədən, günlərlə işçi axtaran insanların yolunu gözləyən yüzlərlə həmyerlilərimiz isə nəinki peyğəmbərlərin, hətta şeytanın belə buralarda yaşamaq istəmədiyini düşünür. Bir az həmsöhbət olmağa çalışdıq buradakı insanlarla. Əslən Şəki şəhərindən olan bazar sakininin söylədiyinə görə, Azırbaycanda keçirilən Avropa oyunlarından sonra işləri daha da acınacaqlı vəziyyətə çatıb. O, vaxtı ilə riyaziyyat müəllimi olduğunu, lakin pensiyaya çıxdıqdan sonra təqaüdlə ailəsinin təminatlarını ödəyə bilmədiyi üçün günəmuzd işlədiyini bildirir. Burada o qədər fəhlə var ki, birisi işçi axtarmağa gələrkən ona yaxınlaşa da bilmirik. Bəzən günlərlə, həftələrlə işsiz qalıram. Əlimdən hər iş gəlir. Nə iş desəniz bacarıram. Digər fəhlələrdən biri isə bizə gecə saatlarında gəlib buradakı acınacaqlı vəziyyəti yazmağımızı xahiş etdi. Onun dediklərinə görə, gecələr cibində pulu olmayan yoldaşların bəziləri məhz körpünün altındaca gecələyirlər: "Gündəlik kirayə qalmaq üçün buralarda kirayə evlər var  günü 2 manata. Çoxları həftələrlə işləmir cibində əksəriyyətimizin bir qəpiyimiz də yoxdur." Biz çəkiliş aparmağa cəhd etsək də, orada dayanan fəhlələr buna imkan vermədilər və birmənalı olaraq onları lentə almağımıza narazı oldular. Səbəbini soruşduqda isə bildirdilər ki, müsahibələri onlara baha başa gəlir: "Qardaş, telekanallar hər dəfə gəlib çəkiliş edirlər, sözümüzü deyirik, amma nə baxan yoxdu, nə eşidən. Olan da bizə olur. Hər dəfə telekanallara müsahibə verəndən sonra polislər rezin dəyənəklərlə bizi burdan qovurlar. Mülki geyimli adamlar gəlib burda televiziyaya müsahibə verənin, jurnalistlərə, qəzetlərə müsahibə verənlərin ünvanına olmazın təhqirlər yağdırırlar. Həftələrlə buraya gələ bilmirik. Onsuz da işimiz olmur burdan da qovsalar, çörəksiz qalacağıq, onsuz da heç nə dəyişən deyil. Çörəyimizi əlimizdən almayın, bu körpü bizim ümid körpümüzdür, uçurmayın körpümüzü..." Özünü Məmmədov Rəcəb Kamil oğlu kimi təqdim edən fəhlələrdən biri bildirdi ki, "Siz gedin indi,  ayın biri gəlin, amma jurnalist kimi yox, əlinizə bir aparat alın dayanın burda. Görün burada nələr cərəyan edir. Burda aparat qoymağımız üçün hər ayın biri bizdən hesab tələb edirlər. Adi fəhlələrdən almasalar da, texniki avadanlıq gətirən fəhlələrdən 10 manat mülki geyimlilər hesab yığırlar."  Xatırladaq ki, ölkəmizin bu gün günü-gündən daha da çiçəkləndiyi dövrdə daha bir quldarlıq məkanı isə Şüvəlanda "Zəfəran apteki"-nin arxa hissəsində yaradılıb. Bir tərəfdə hər gün polis akademiyasına 10 minlərlə qiyməti olan maşlnlarda dərsə gələn tələbələr, digər tərəfdə isə günəmuzd çalışan fəhlələr...   Rövşən Əsədov





Həftənin ən çox oxunanları