Yuxarı

Şüvəlanın yol dərdi...

Şüvəlanın yol dərdi...

IMG_9351 Son zamanlar ölkəmizdə günü-gündən təmir-bəpa və abadlıq işləri aparılır, turizm sahəsi sürətlə inkişaf edir. Bununla yanaşı, həmçinin sakinlərin də sosial problemlərinin həlli istiqamətində ciddi layihələr həyata keçirilir. Belə bir layihələrdən biri də paytaxtın Şüvəlan qəsəbəsində, daha dəqiq Şüvəlan qəsəbəsi, Hacı Məmmədov küçəsində məskunlaşmış sakinlərin içməli su probleminin aradan qaldırılması üçün həyata keçirilib. Belə ki, sakinlərin su problemi aradan qaldırılsa da, yollarda qazıntı işləri getdiyi üçün adamların gediş-gəlişində bərbad vəziyyət yaranıb.   Redaksiyamıza sakinlər tərəfindən ünvanlanan şikayətlərdə bildirilir ki, Şüvəlan qəsəbəsi Hacı Məmmədov küçəsinin uzunluğu 1115 metr, eni 1,7-2 metr olan hissəsi su xətlərinin çəkilməsi üçün qazılmış lakin yenidən bərpa edilməmiş,ensiz olan yollar qazıntı işlərindən sonra bərbadlaşıb, iki maşının yanaşı getməsi mümkünsüz hala düşüb.   suvelanFaktla bağlı "Azərsu" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayılovla əlaqə saxlamağa çalışsaq da, ilk əvvəl telefonu zəng çalsa da, sonradan söndürülmüş halda oldu. Məcburiyyət qarşısında qalaraq şirkətin operator xidməti ilə əlaqə saxladıq. Oradan verilən məlumata görə, qeyd olunan ərazidə içməli suyun çəkilməsi ilə bağlı qazıntı işləri aparılmış, lakin yolların təmir-bərpa işlərinə "Azəryolservis" ASC şirkəti məsuliyyət daşıyır. "Azəryolservis" ASC şirkətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Onun bildirdiyinə görə, bütün bu proseslər qanun çərçivəsində aparılır. İçməli suyun çəkilməsi üçün qazıntı işləri aparan şirkət təmir-bərpa işlərinin də özü həyata keçirməlidir. O halda biz məsuliyyət daşıya bilərik ki,  "Azərsu" ASC şirkəti "Azəryolservis" şirkəti ilə müqavilə bağlamalı və yolun bərpası üçün maddi dəyəri hesablanaraq balansa ödəniş etməli, bu təqdirdən sonra biz təmir-bərpa işlərini həyata keçirə bilərik.  "Azərsu" ASC bizə yolların təmir edilməsi ilə bağlı heç bir müraciət ünvanlamayıb, heç bir müqavilə imzalamayıb. Ona görə də təmir işləri ilə bağlı "Azəryolservis" şirkəti heç bir məsuliyyət daşımır.   Araşdırmalar zamanı məlum oldu ki, yolların təmir-bərpa işlərinin həyata keçirilməsi üçün "Azərsu" ASC şirkətinin nəzdində fəaliyyət göstərən "Hidro İnşaat Servis" MMC şirkəti məsuliyyət daşıyır. Və baxmayaraq ki, içməli su xətləri çəkilsə də, şirkət yolları ört-basdır edərək, təmir-bərpa işlərini hələ də aparmayıb. Faktla bağlı "Hidro İnşaat Servis" MMC şirkətinin əvvəlcə telefonda özünü Novruz kimi qələmə verib, sonra isə İlyas Rüstəmov kimi təqdim edən sahə rəisi ilə  əlaqə saxladıq. Onun bildirdiyinə görə, bir həftə ərzində sözügedən ərazidə yolların təmiri və bərpası həyata keçiriləcək və sakinlərin ixtiyarına veriləcək.   Ümidvarıq ki, "Hidro İnşaat Servis" MMC şirkətinin sahə rəisi sözünün üstündə dayanacaq və bir həftə ərzində sakinlərin yol problemi öz həllini tapacaq.   Rövşən Əsədov





Həftənin ən çox oxunanları