Yuxarı

Nəm salfetlərlə bizi necə öldürürlər?!

Nəm salfetlərlə bizi necə öldürürlər?!

salfet Tərkibində kanserogen maddələrdən benzinədək hər şey var Son illərin ən çox yayılan təmizlik vasitələrindən biri olan nəm (islaq) salfetlər təhlükə mənbəyi imiş. Bu salfetlərin özündə kimyəvi maddələr ehtiva etdiyini iddia edən ekspertlər xüsusilə, uşaqlı anaların çox istifadə etdiyi bu təmizlik vasitəsinin yaradacağı fəsadlar barədə narahatdır. Uşaqlar təhlükədədir Məktəbli uşaqların çantasına qoyduğumuz, ictimai nəqliyyatdan istifadədən sonra əllərimizi təmizlədiyimiz, altını islatmış körpələrin təmizliyində daha çox istifadə etdiyimiz nəm salfetləri gigiyena məqsədi ilə istifadə edəndə, onun əslində xəstəliklərə yol açdığının fərqində deyilik. Bu salfetləri sıxdıqda onlardan maye damır, qoxusundan isə tərkibindəki kimyəvi maddələri hiss etmək olur. Nəm salfetləri çox istifadə etdikdə həmin kimyəvi maddələr əllərdə toplanır və dəri məsamələrinə hopur. Qidalanma zamanı əlimizdəki həmin kimyəvi maddələr yediyimiz qida vasitəsi ilə əlimizdən orqanizmimizə keçir. Uzun müddət belə davam etdikdə bədənimizdə toplaşan kimyəvi maddələr orqanlara zərər verir. Pediatr Pəri Həsənova deyir ki, daha çox körpələrin dərisinə təmas edən islaq salfetlər onlarda çox ciddi fəsadlara səbəb ola bilər: “Uşaqların altını çox ana məhz bu salfetlərlə təmizləyir, halbuki su ilə yumağa imkanı və uyğun zamanı var. Lakin analar rahatlğı seçir, uşaq bezini çirkləndirəndə yumaq yerinə nəm salfetlər silib yenidən bez bağlayır. Unudurlar ki, bu salfetlər öz tərkibində xeyli kimyəvi maddə saxlayır. Sabunun, lap adicə suyun verdiyi təmizliklə nəm salfetlərin verdiyi təmizlik eyni deyil. Analar onun qoxusuna aldanıb təmiz olduğunu düşünür, amma yanılırlar”.   Körpə dərisi daha çox keçiricidir İslaq salfetlərin uşaqların dərisində qızartı, bişmə, səpki, yaralara səbəb olduğunu deyən həkim analara xəbərdarlıq edir: “Uşaq dərisi olduqca zərifdir, sadə bir səpki və ya qızartı qarşısıalınmaz  yaralara səbəb ola bilər. Üstəlik, son illər bütün anaların övladını uşaq bezi ilə saxladığını da nəzərə alsaq, vəziyyətin nə qədər təhlükəli olduğunu anlayarıq. Uşaq bezlərindəki təhlükə nəm salfetlərdəki təhlükə ilə birləşərsə, o zaman uşaqların ciddi problemlərinin yaranacağını təxmin etmək çətin olmaz. Qətiyyən uşaq dərisini nəm salfetlə silməyin, hətta silsəniz belə dərhal su ilə durulayın, çünki dəridəki yaraların üstünə nəm salfetdəki kimyəvi qatqılar hoparsa, bu maddələr dəriyə sovrulub qana keçə bilər”. İstifadə edənlərin çoxluğu, satışın yüksəlməsi bu məhsulun hər gün fərqli adlarda, fərqli firmalar tərəfindən istehsal edilməsinə rəvac verir. Əslinin zərərli olduğu halda kustar üsullarla da istehsal edilmiş daha təhlükəli nəm salfetlər satışa çıxarılır. Nəm salfetləridə təxminən 60-a yaxın kimyəvi maddənin qatqısı var, ekspertlər bu maddələrdən yalnız 16-nın insan orqanizminə təhlükə yaratmadığını deyir. Kimya mühəndisi Gülnarə Abbasova deyir ki, zərərli olmayan maddələr su, yağlar, nəmləndirici kremlərdir, qalan digər maddələr isə insan orqanizmi üçün təhlükə yaradır: “Ən yüngül halda dəri yaralarına, allergik reaksiyalara, ən ağır hallarda isə zəhərlənmədən kanserogen xəstəliklərə qədər bir çox problemə səbəb ola bilər. Uşaq dərisi yaşlı insan dərisinə nisbətən daha keçiricidir, dəriyə təmas edən istənilən maddə qana tez hopur”. Müsahibimiz deyir ki, nəm salfetlərin hamısının kimyəvi sellülozadan hazırlandığını da nəzərə alsaq, tərkibindəki paraben, alkoqolun təhlükəsini anlamış olarıq.   Görün, tərkibində nələr var! Paraben: Methyl, ethyl, propyl, butyl, isobutyl, benzil adlandırılan 6 növü var, bütün növləri də təhlükəlidir, kanserogen maddələri özündə ehtiva edir. Bir çox Avropa ölkəsində parabenin kosmetik məhsullarda istifadəsi qadağan edilsə də, istehsalçılar gizli-gizli ondan istifadə edir. Paraben daha çox döş xərçənginə səbəb olur. Propylene glycol: Benzin tərkibli bir maddədir, dərini təhrik edir, qıcıqlandırır, allergik reaksiyaya səbəb olur, mərkəzi sinir sistemini iflic edir, bəzi orqanların fəaliyyətini pozur. Phenoxyethanol: Dəri allergiyalarına, böyrək və qaraciyər xəstəliklərinə səbəb olur.   Peg-40 hydrogenated castor oil: Xərçəng və urək, qan-damar xəstəliklərinin əsas səbəbkarı olan trans yağları yaradan maddədir.   2-bromo-2 nitropropame-1, 3 diol: Zəhərli maddədir, allergik reaksiyalara səbəb olur.   Methylisothiazolinone: Dəriyə təması qətiyyən yolverilməzdir, təması zamanı dəri yanıqlarına səbəb ola bilər.   Sodium hidroksit: Dəri yanmalarına səbəb olur, insanı digər kimyəvi maddələrə qarşı həssaslaşdırır. Mədəyə düşərsə, öldürər, tutulmuş kanalizasiyaların açılması üçün istifadə edilir.   Formaldehid: Kanserogen maddədir. Nəinki uşaq məhsullarında, bütün növ kosmetik məhsullarda istifadəsi qadağandır. Tənəffüs edilməsi, udulması və dəri ilə təması çox təhlükəlidir.   Triclosan: Qaraciyər xəstəliklərinə səbəb olduğu barədə ciddi elmi təcrübələr var.   Carbomer: Tənəffüs edilməsi belə zərərlidir. Dəriyə təması zamanı dərhal sabunla yuyulmalıdır.   Sodium benzoate: Qaraciyərə və mərkəzi sinir sisteminə zərər verir.   Paraffinum liquidum: Dərinin məsamələrini tutaraq dəri xəstəliklərinə, xərçəngə səbəb olur.   Benzl alcohol: Dərini təhrik edən, allergik xəstəliklər törədən, qaraciyər və sinir sistemini məhv edən kimyəvi maddədir.   Benzyl benzoate: Ağıza düşdüyü an zəhərlənmə yaradır, gözü və dərini ciddi formada zədələyir.   Fragrance: Bu bir ətirdir və özündə 200 kimyəvi maddəni cəmləyir. Sinir sistemi xəstəlikləri, allergiya və ekzema kimi xəstəliklərə səbəb olur.   3-lodo-2 propynyl butyl carbonate: Dəridə ciddi allergik reaksiyalara səbəb olur.   Cetrimonium chloride: Dəri allergiyasına, səpkilərə və sinir sistemində qıc olmalara səbəb olur.   Polyquaternium 7: Tənəffüs edildikdə nəfəs borusunda ciddi problem yaradır, dəriyə toxunarsa yanıqlara səbəb olur.   Coumarin: Tənəffüs edildikdə qəfil ölümə səbəb olur.   Lalə Mehralı





Həftənin ən çox oxunanları