Yuxarı

"Təhsil Nazirliyi ancaq rüşvət faktlarını təkzib etməklə məşğuldur"

tehsil-nazirliyi-qa “Əmək haqlarının 2 dəfəyə qədər artırılması müəllimlərin sosial və maddi vəziyyətini dəyişmədi. Mərkəz və bölgə müəllimləri arasında fərq yarandı. Məcburi köçkün müəllimlərin donmuş maaşlarının verilməsində tez-tez süründürmələr olur. Dövlətin elm tutumlu sahələrə marağı və diqqəti birinci olmalıdır. Ali təhsil ocaqlarının sayının artması keyfiyyət yox, kəmiyyətin artmasına gətirib çıxarıb. Bütün bu problemlər kompleks həllini tapmadıqca təhsil sistemindən inkişafdan danışmaq olmaz”. Bunu Cebhe.info-ya açıqlamasında təhsil sistemindəki  hazırkı vəziyyətə münasibət bildirən AXCP EQTK-nın Cəbrayıl şöbəsinin sədri  Fərəhim Cəmilzadə bildirib. Şöbə sədrinin sözlərinə görə, rüşvət faktlarına ali təhsil ocaqlarında daha çox rast gəlinsə də, bunun qarşısını almaq üçün ciddi tədbirlər görülmür: “Təhsil Nazirliyi  bunun qarşısını almaq əvəzinə faktları təkzib etməklə məşğul olur. Təhsil ocaqlarını “bazara” çevirib, gəncliyi məhv etmək ölkənin gələcəyini məhv etməkdir. Müəllimi günahlandırmaqdansa, təhsil sistemində bu şəraiti yaradan yüksək vəzifəli şəxsləri təhsildən uzaqlaşdırmaq daha məqsədəuyğun olardı”.   Vilayət Muxtar





Həftənin ən çox oxunanları