Yuxarı

Daha 8 rayon AXCP EQTK-ya qoşuldu

Daha 8 rayon AXCP EQTK-ya qoşuldu

axcp AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin daha 8 rayonda şöbəsi yaradılıb. Etimad Qurultayına sayılı günlər qalan 8 rayon cəbhəçiləri konfrans keçirərək, AXCP EQTK-ya qoşulduqlarını bəyan ediblər. Konfransda təşkilatın perspektivləri, həmçinin AXCP-də Əli Kərimli və onun ətrafının yürütdüyü yarıtmaz siyasət geniş müzakirə olunub. Fədakar cəbhəçilərin partiyadan məqsədyönlü şəkildə uzaqlaşdırılması tənqid edilib. Daha sonra konfranslarda təşkilati məsələlərə baxılıb. Ucarda Natiq Əsgərov sədr, İqbal Bəndəliyev Ali Məclis üzvü, Binəqədidə Nazim Manafov sədr, Rafiq Daşdəmirli Ali Məclis üzvü seçilib. Naxçıvanda cəbhəçilər sədrliyi Həkimeldostu Mehdiyevə etimad ediblər. İsmayıllıda Pərviz Şıxalıyev sədr, Elvin Alıyev Ali Məclis üzvü seçilib. Masallıda Məhəmməd Hüseynov sədr, Sənan Hüseynov Ali Məclis üzvü olub. Cəlilabadda keçirilən konfransda Zahid İbişov sədr olub. Bu rayonu partiyanın Ali Məclisində Fəxrəddin Əbülhəsənov təmsil edəcək. Kəlbəcərdə Emin Göyəndikov cəbhəçilərin böyük əksəriyyətinin dəstəyini alıb. Ali Məclis üzvlüyünə isə Kərəm Hüseynov seçilib. Xaçmaz rayon şöbəsinə Camo Harunov sədrlik edəcək. Bu rayondan Ali Məclis üzvü Cəlal Hüseynovdur. Cebhe.info





Həftənin ən çox oxunanları