Yuxarı

Hasarların qucağında çırpınan Xəzər

Hasarların qucağında çırpınan Xəzər

hasarlanmaSahillər imkanlı şəxslər tərəfindən özəlləşdirilir

Xəzər rayonunda yerləşən Buzovna çimərliyinin ətrafı kimlər tərəfindənsə hasarlanır. Ərazidə yerləşən cimərlikdə rahatlığa, gediş-gəlişə  maneələr yaradan daş hasarlar insanlar tərəfindən etiraza səbəb olub. Sakinlər bildirirlər ki, dənizin ətrafı hasarlandığından onlar rahat hərəkətdən məhrum olublar. Məsələylə bağlı araşdırma aparmaq üçün Xəzər rayonu Buzovna qəsəbəsinə yollandıq. Həqiqətən də oradakı görüntülər sakinlərin dedikləri qədər var.

Belə ki, imkanlı şəxslər dəniz kənarında inşa etdirdikləri dəbdəbəli villarının hasarlarını xeyli məsafədə dənizə yaxın çəkiblər. sıravi vətəndaşlar deyir ki, elə bil, dəniz kiminsə dədə-babasından qalıb: ”Onlar sanki adı çəkilən əraziyə sahibləniblər. Demək ki,  kimin imkanı varsa, istədiyi ərazini şəxsiləşdirəcək, kimin imkanı yoxdursa, bu imkanlılar qarşısında biçarə qalacaqlar.  Bunun bir adı var, özbaşınalıq”. Bu halda əziyyət çəkən sakinlərin şikayətlərini biz redaksiya adından lazımi orqanlara ünvanlayırıq. Bu məsələylə bağlı “Bakı Dirçəliş” İctimai Birliyinin rəhbəri Abbasağa Məmmədov Cəbhə.İnfoya münasibət bildirdi ki, 130 metrə kimi cimərliyə yaxınlaşmaq olmaz, buna baxmayaraq, fərdi insanlar tərəfindən yaşayış evlərinin hasarları 50-60 metr dəniz sahilinə tərəf məsafədə hasarlanıb. Biz bu məsələnin qarşısını almaq üçün dəfələrlə müraciət etmişik sakinlərə, lakin bir faydası olmayıb. Çünki o imkanlı insanların arxasında duran məmurlar var. Onları himayə edirlər və o kəslər də istədikləri kimi villaların inşa etdirirlər. Siz də bilirsiniz ki, bütün dünyada bu belədir ki, dənizin kənarında tikinti aparmaq olmaz. Amma Azərbaycanda başqa cürdür. Kimin imkanı varsa tikir. Eləcə də məmurların özləri bu qanunlara tabe olmurlar. Bununla bağlı biz nəinki tədbirlər görürük, hətta Azərbaycan Respublikasının prezidentinə də müraciət etmişik, dəfələrlə. Məsələ burasındadır ki, bizim müraciətimiz də gedib Prezidentə çatmır və ya çatırsa, da fikir vermir. Səbəb isə dənizin kənarında tikilmiş obyektlər və yaşayış evləri məmurlara məxsusdur. Bu məsələnin həllini İcra Hakimiyyəti etməlidir. Yəni əvvəldən İcra nümayəndələri bu tikintilərin aparılmasına şərait yaratmamalıydılar. Bir halda ki, tikilib, o zaman bundan sonra onlar göstəriş verilməlidir ki, qanunsuz tikililərin sökülmələri üçün tədbirlər görməlidirlər. Bu cür qanunsuz tikilər əhalinin mövsümi ərəfələrdə dəniz istirahətinə mane olmaqla yanaşı, birbaşa ərazinin çirklənməsinə də zəmin yaradır.

Rəqsanə Qarabağlı

Rövşən Əsədov





Həftənin ən çox oxunanları