Yuxarı

Erkin Qədirli: “MTN ləğv olunmalıdır”

Erkin Qədirli: “MTN ləğv olunmalıdır”

Erkin Qedirli “ÇK-OQPU-NKVD-MQB–KQB: MTN bu sistemin mənəvi varisidir   MTN bizi sovet keçmişimizdən qopmağa qoymayan qurumlardan biridir”. Cebhe.info-nun məlumatına görə, belə bir fikirlə “Real” Hərəkatı İdarə Heyətinin üzvü Erkin Qədirli çıxış edib. “Biz, ReAl olaraq, bu haqda hər zaman sözümüzü demişik, proqram layihəmizdə də yazmışıq. Onsuz da MTN haqqında hətta ən müsbət təsəvvürlərimizi toplasaq, baş vermiş və verməkdə olan hadisələrdən sonra onun peşəkar nüfuzunu heç zaman bərpa etmək mümkün olmayacaq. MTNKöklü islahatların tam zamanıdır - MTN ləğv olunmalı, kəşfiyyat və əks-kəşfiyyat funksiyaları bir-birindən asılı olmayan və  ancaq Prezidentə tabe olan iki yeni qurumda toplanmalı, öz vətəndaşlarımızı siyasi məqsədlə güdmək təcrübəsinə son qoyulmalı, bu təcrübəni gerçəkləşdirən qurumlar (şöbələr, idarələr) və onların topladığı materiallar ləğv olunmalı, siyasi təqiblər nəticəsində vurulmuş ziyanın əvəzi ödənilməlidir (reabilitasiya, kompensasiya və s.)”, - deyə E.Qədirli qeyd edib: “Hər şeyin birdən və eyni zamanda edilə bilməyəcəyini və hətta bu işdə xeyli riskin olduğunu yaxşı anlayıram. Bununla belə, başlamaq lazımdır. Ehtiyatlı, amma qətiyyətli tədbirlərə ehtiyac var”.





Həftənin ən çox oxunanları