Yuxarı

“Azərsu”dan zəhərlənmə ilə bağlı açıqlama: “Boruya yağış suyu dolub"

“Azərsu”dan zəhərlənmə ilə bağlı açıqlama: “Boruya yağış suyu dolub

su“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi Zaur Şərifov 24 ünvanında içməli sudan baş vermiş kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı AzNews.az-a bildirib ki, uzun müddət həmin ərazidə istismarda olan və altı binanı qidalandıran içməli su xəttində qəza olub:

“Həmin əraziyə su səhər və axşam olmaqla qrafiklə verilir. Gündüz suyun verilişi dayandıralanda sızma və yağış nəticəsində borunun kənarında toplanan su qəza yerindən borunun içərisinə daxil olub. Sonra yenidən evlərə su veriləndə boruya kənardan daxil olmuş su mənzillərə gedib. Bu barədə məlumat daxil olan kimi cəmiyyətin əməkdaşları hadisə yerində olub, binalara suyun verilişi dərhal dayandırılıb. Əhali 3 ədəd su maşını ilə təmin olunub. Ərazidə araşdırma aparılıb, borunun qəzalı hissəsi müəyyən edilib, 30 metr uzunluğunda yeni xətt çəkilib. Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə həm yeni, həm də mövcud xətlər yuyularaq zərərsizləşdirilib.

Sonra səyyar laboratoriya maşını ilə su nümunələri götürülərək yoxlanılıb və yalnız bundan sonra binaya suyun verilişi bərpa olunub”. Qeyd edək ki, dünən mətbuatda Qaraçuxur qəsəbəsi Zaur Şərifov 24 ünvanında 70-ə yaxın adamın sudan zəhərlənməsi ilə bağlı məlumatlar yer alıb. Bildirilir ki, onlardan 20-dən çoxu uşaqdır.

Cebhe.info





Həftənin ən çox oxunanları