Yuxarı

Qamət Süleymanov: "Həbs edilən şəxs mənim müavinim deyil"

Qamət Süleymanov:

[caption id="attachment_2015" align="alignleft" width="294"]qamet suleymanov Qamət Süleymanov: "Həbs edilən şəxs mənim müavinim deyil"[/caption]

"Saxlanılan Adil Rəcəbov mənim müavin deyil, mənimlə onun heç bir əlaqəsi yoxdur. Bu barədə mətbuatda yayılmış xəbərlərdə yanlışlıq var". Bunu musavat.com-a "Əbu-Bəkir" məscidinin imamı Hacı Qamət Süleymanov deyib. Q.Süleymanov deyib ki, onun heç vaxt müavini olmayıb:

"Kim nə gəldi yazır. Dəqiqləşdirmədən adımı hallandırırlar. Sadəcə olaraq həbs edilən namaz qılan qardaşlardı." Xatırladaq ki, oktyabrın 23-də Bakıda polis radikal dini qruplaşma üzvlərinə qarşı əməliyyat keçirib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, “Farklı Lahmacun” kafesində həyata keçirilən əməliyyat zamanı “vəhabi” təriqətinin üzvü olduğu ehtimal olunan 40-a yaxın şəxs saxlanılıb. Saxlanılanlardan Adil Rəcəbov Qamət Süleymanovun müavini kimi təqdim olunub.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əməliyyatla bağlı nazirlik rəsmi açıqlama yayacaq.





Həftənin ən çox oxunanları