Yuxarı

Əli İnsanov azadlığa çıxmaq üçün müraciət edib

Əli İnsanov azadlığa çıxmaq üçün müraciət edib

eli insanov"Sabiq səhiyyə naziri Əli İnsanovun dünyasını dəyişən qardaşı Məhəmməd İnsanovun yas mərasiminə qatılması üçün cəzaçəkmə müəssisəsinin rəhbərliyinə yazılı müraciət olunub".

Bu açıqlamanı Cebhe.info-ya hazırda həbsdə olan eks- nazirin vəkili Toğrul Babayev verib: “Biz cəzaçəkmə müəssisəsinin rəhbərliyinə yazılı müraciət etmişik ki, Əli İnsanov qardaşının yas mərasimində iştirak etsin. Hələ cavab gəlməyib”. Qeyd edək ki, Ə.İnsanov hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində həbsdədir. 2005-ci ilin oktyabr ayında həbs olunan sabiq nazir dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları