Yuxarı

AXCP funksionerindən dövlət qurumlarına ittiham:"Səhlənkarlıq ucbatından insanların həyatı təhlükə altına atılır"

AXCP funksionerindən dövlət qurumlarına ittiham:

Nazim Manafov “2014-cü il mart ayının 5- də Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsindəki 4 beşmərtəbəli binanın sakinləri "Azərqaz" ASC-nin səhlənkarlığı nəticəsində kütləvi zəhərlənməyə məruz qalmışdı. Hadisə nəticəsində 100- dən çox bina sakini xəstəxananın toksikologiya şöbəsinə yerləşdirilmişdi. O zaman “Azəriqaz” İstehsalat Birliyinin Qaz Satışı İdarəsinin rəisi Vaqif Namazov etiraf etmişdi ki, hadisəyə səbəb təbii qazın verilişi zamanı əlavə edilən qatqı (odorant) maddəsinin normadan yüksək olması olub. Həmin hadisədən sonra məsuliyyətə heç kim cəlb olunmadı. Belə haidəslərin sayı çoxdur”. Bunu Cebhe.info-ya açıqlamasında AXCP-nin Binəqədi rayon şöbəsinin sədri Nazim Manafov deyib. Nazim Manafov bildirib ki, oxşar hadisə bu günlərdə Suraxanı rayonunda baş verib: “Oxşar hadisə bu dəfə su ilə bağlı yarandı. Suraxanıda mənzillərə verilən sudan kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. 28-ə yaxın rayon sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Aparılan araşdırma zamanı, xəstəxanaya yerləşdirilənlərin sudan zəhərləndiyi müəyyən olunub. "Azərsu" ASC-nin mətbuat xidməti faktı təsdiqləyərək maraqlı açıqlama verib: "Həmin əraziyə su şəhər və axşam olmaqla qrafiklə verilir. Gündüz suyun verilişi dayandıralanda sızma və yağış nəticəsində borunun kənarında toplanan su qəza yerindən borunun içərisinə daxil olub. Sonra yenidən evlərə su veriləndə boruya kənardan daxil olmuş su mənzillərə gedib. Bu barədə məlumat daxil olan kimi cəmiyyətin əməkdaşları hadisə yerində olub, binalara suyun verilişi dərhal dayandırılıb." Su borularındakı qəzanın sahəsi nə dərəcədə böyük olmalıdır ki, daxilinə bir binanın sakinlərini zəhərləyəcək dərəcədə yağış suyu sıza bilsin? Lap tutaq ki, belə bir aşınma var, bəs binaya təziqlə su verilən zaman bu çatdan su təziqlə kənara vurmurmu? Yoxsa yağışın təzyiqi "Azərsu"nun təzyiqindən dahamı çoxdur? Səlahiyyətli nümayəndələrin səhlənkarlığı ucbatından insanların həyatı təhlükə altına atılır, sonda isə həmin səlahiyyətli nümayəndələr məsuliyyətdən yaxa qurtarırlar”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları