Yuxarı

Diqqət: 3 gün təhlükədəsiniz...

Diqqət: 3 gün təhlükədəsiniz...

qasirga_2587673636

“Maqnit fırtınaları zamanı Yer səthində eko və biyosistemlər fəaliyyət göstərir ki, bu da insanların səhhətinə mənfi təsir göstərir. Xəstə insanlar bu prosesi hiss edəcəklər”. Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov noyabrın 2-5-də müşahidə olunacaq maqnit qasırğasının təsirləri barədə danışarkən deyib.

Şöbə ümdirinin sözlərinə görə, maqnit fırtınası baş versə də, zəif olacaq: “Hazırda güclü maqnit fırtınasını yaradacaq fövqəladə hadisələr baş vermir. Yer kürəsində geomaqnit qasırğasının olması Günəşdə baş verən hadisələrlə əlaqədardır. Yerdə geomaqnit qasırğasının üç səbəbi var. Bu, Günəşdə baş verən alışmalar, atılan yüksək temperaturlu kütlələr və fiziki şəraitin dəyişməsi ilə bağlı maqnit zərbələrinin yaranmasıdır. Bu maqnit zərbələri yaranarsa, Yer kürəsini silkələyir. Bu göstəricilər yerdə maqnit fırtınaları yaradır”.

Namiq Cəlilov dedib ki, hazırda Günəşdə alışmalar aktivdir. Günəşdə hər gün 4-5 partlayış olur: “Onlar Yerə yönəliblərsə, maqnit vasitəsilə yeri silkələyirlər. Amma hazırkı partlayışların gücü bütovlükdə zəifdir. Yerdə fırtına olacaqsa, zəif güclərlə olacaq. Ona görə də hələ ki, həyəcanlı durum görünmür”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları