Yuxarı

“İpoteka Fondunun yaradılması da vəziyyəti dəyişməyəcək”

“İpoteka Fondunun yaradılması da vəziyyəti dəyişməyəcək”

nusret ibrahimli“Əhalinin daşınmaz əmlak bazarında alıcılıq qabilliyyəti o qədər aşağı səviyyədədir ki, mövcud durumda sadələşdirilən İpoteka Fondunun şərtlərinin belə mənası yoxdur”. Bu sözləri Cebhe.info-ya əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli ipoteka qaydalarının sadələşdirilməsindən sonra daşınmaz əmlak bazarında qiymətlərin artacağı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, daşınmaz əmlak bazarında əhalinin alıcılıq qabiliyyəti ötən illə müqayisədə iki dəfə aşağı düşüb: “Bu gün əhalinin alıcılıq qabiliyyəti çox aşağıdır. Kredit imkanlarının məhdudlaşdırılması, kredit şərtlərinin artırılması, insanların psixoloji gözləntiləri bu mənada əsas faktordur”.

Ekspertin fikrincə, aparılan siyasətdə şərtlər vaxtında qurulsa, yəni birdən-birə mənzil bazarındakı qaydalar hamısı yumşaldılmasa, vəziyyət stabil qalacaq: “Birdən-birə ipoteka şərtləri yumşaldılsa, mənzil bazarında qiymətlərin qalxacağını hiss edə bilərik. Bu gün birmənalı qiymətlərin qalxacağını demək çətindir. Çünki şərtlər hələ açıqlanmayıb”. Nüsrət İbrahimli hesab edir ki, torpaqların qiyməti uzun müddət artan qiymətlərlə dəyişməz olaraq qalacaq: “Yalnız mənzil bazarında qiymətlər dəyişir. Amma torpağın qiyməti artaraq gedir. İnandırıcı deyil ki, torpaqların qiyməti azalsın”. Qeyd edək ki, iki gün öncə ipoteka şərtlərinin sadələşdirilməsi üçün prezident İlham Əliyev “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları