Yuxarı

Zəngilanlılar Şəhidlər Xiyabanında toplandı

Zəngilanlılar Şəhidlər Xiyabanında toplandı

zengilanlilarBu gün Zəngilan rayonunun Ermənistan ordusu tərəfindən işğal olunmasından 22 il ötür. İşğal günündə Zəngilan ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanında toplanıblar. Yüzdən artıq zəngilanlının qatıldığı tədbirdə Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub.

Daha sonra Zəngilanından rayonundan şhid olanların məzarları ziyarət olunub, onların məzarına gül qoyulub. Zəngilanlılar qarşısında çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov bildirib ki, doğma yurdumuza dönəcəyimiz gün yaxındadır: «Buna görə də, biz zəngilanlılar cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik, onun siyasətini dəstəkləyirik. İnanırıq ki, bu uğurlu siyasətin nəticəsində biz doğma Zəngilanımıza qayıdacağıq, orada abadlıq-quruculuq işləri ilə məşğul olacağıq, yeni iş yerləri yaradacağıq. Bununla bağlı artıq bir çox planlar da hazırlanıb. Zəngilana qayıdış günü uzaqda deyil».

Cebhe.info





Həftənin ən çox oxunanları