Yuxarı

Zəlimxan Məmmədli prezidentə müraciət etdi

Zəlimxan Məmmədli prezidentə müraciət etdi

zelimxan memmedli“Borçalı” Cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədli Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Müraciətdə deyilir:

“Cənab Prezident, müraciətimin əsas səbəblərindən biri, ünvanladığımız məktubların sizə çatdırılmaması ehtimalı, digəri isə qaldırılan problemlərin ictimai mahiyyət daşıması ilə bağlıdır. MTN-in çöküşü çox ağrılı və uzun müddət müzakirə mövzusu olan məsələdir. Bu hadisəni Milli dövlətçiliyimizin imicinə ağır zərbə hesab edir, Sizin atdığınız cəsarətli addımların səmimi olduğuna inanmaq istəyir və təqdir edirəm. Bu prosesin davamlı olmasında milli dövlət quruculuğumuzun fayda görəcəyini düşünürəm.

Mənim 2014-cü il Gürcüstana girişimin yasaq olunması ilə bağlı müxtəlif fikirlər səslənib. Hələ keçən ilin noyabr ayında etibar etdiyim mənbədən belə məlumat almışam ki, Gürcüstanın kəşfiyyat orqanları Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Gürcüstana göndərdiyi “111-906b” saylı məktub - təqdimatı əsasında Gürcüstana girişimə yasaq qoyublar. Milli təəssübkeşliyim bu məlumatı psixoloji olaraq təkzib etsə də, son olaylar bu versiyanın doğruluğuna şübhə yeri qoymamışdır. Milli maraqlarımızı təhdid edən bu işin arxasında duranlardan birinin isə general Akif Çovdarovun olduğu söylənilir.

İnanmaq istərdim ki, Sizin tapşırığınızla bu məsələyə də aydınlıq gətiriləcək, dövlət hakimiyyət orqanlarında təmərküzləşmiş milli maraqlarımızı təhdid edən cinayətkarların ifşası prosesi davamlı olacaq və ciddi demokratik islahatlara təkan verəcəkdir”.

Mənsur





Həftənin ən çox oxunanları