Yuxarı

Bakıda etiraz aksiyası

Bakıda etiraz aksiyası

“Azərinşaatservis" MMC-nin işçiləri yürüş keçirib   Oktyabrın 29-da paytaxtda "Azərinşaatservis" MMC-nin işçiləri etiraz aksiyası keçirib.  İşlədikləri təqdirdə 5 aydır əmək haqqı almayan şirkət əməkdaşları artıq buna qarşı öz etirazlarını bildirmək qərarına gəliblər.Əmək haqqı ala bilməyən 200 nəfərə yaxın işçi Dərnəgül istiqamətindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə doğru etiraz yürüşü ediblər.                                                                                  “Nazirlik rəsmisi aksiyaçıları qəbul edib” SAM_0021 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında toplaşan yürüş iştirakçılarının bir qrupu nazirliyin qəbul otağına aparılıb. Nazirlik işçiləri 3 nəfərlik qruplarla aksiyaçıları qəbul edib. Mətbuat nümayəndələri içəri buraxılmayıb. Nazir müavini Faiq Hacıyev aksiya iştirakçılarından bir qrupunu qəbul edib. Qəbulda iştirak edən aksiyaçıların Cebhe.info-ya verdiyi məlumata görə, nazirlik rəsmisi onlardan məsələnin araşdırılması üçün iki gün zaman istəyib. İşçilərə nazirin hazırda işdə olmadığı və iki gün sonra onları qəbul edəcəyi deyilsə də, aksiyaçılar bununla razılaşmayıb. Yürüş iştirakçısı Ələsgərov Seymurun sözlərinə görə, uzun müddətdir maaşlarını ala bilmədikləri üçün hüquqlarını aksiya yolu ilə tələb etmək qərarına gəliblər. “Yürüşçülər Prezident Adminstrasiyasına doğru gedir” Nazirlik sözçüsünün verdiyi vədlərdən qane olmayan yürüş iştirakçılarını Prezident Adminstrasiyasına doğru hərəkət etməyə başlayıblar. Prezident Adminstrasiyasına doğru hərəkət edən aksiyaçıların qarşısı Zərgərpalan küçəsində alınıb. Aksiyanın 4 təşkilatçısı Yasamal rayon Polis idarəsinə aparılıb. Cəbhə.infon-nun əməkdaşları onların ikisinin adını dəqiqləşdirə bilib. Bunlar Emin Əliyev və Faiq Hacıyevdir.                                                                                                    “Polis müdaxiləsi” SAM_0057 Aksiyanın keçirildiyi əraziyə çox sayda polis əməkdaşı cəlb edilib. Yürüşünü qarşısı polis vasitəsilə alınıb. Belə ki, aksiya təşkilatçılarının polisə aparılmasından sonra digər yürüş iştirakçılar,ı eləcə də aksiyanı izləyən jurnalistlər də avtobuslara doldurularaq polis idarəsinə aparılıb.   “Aclıq aksiyası”   "Azərinşaatservis" MMC-nin işçiləri problemləri həll edilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildiriblər. Aksiyaçılar aclıq elan etdiklərini və bu aksiyaya İlqar Zamanovun rəhbərlik edəcəyini bildiriblər. “Aksiyaçılara polis rəislərindən tövsiyə”   Şirkətin əməkdaşları "Azərinşaatservis" MMC-nin bas ofisində Yasamal və Nərimanov rayon Polis idarələrinin rəisləri ilə görüşüblər. Əmək haqqını ala bilməyən əməkdaşlara kütləvi şəkildə şikayət ərizəsi yazmaq tövsiyə olunub. Məlumatlara görə, şirkətin rəhbəri Məhəmməd Əli Alkan adlı Türkiyə vətəndaşıdır və o, hazırda Azərbaycanda deyil. Ümumilikdə 1500 şirkət əməkdaşının 4 aydır maaş almadığı da bildirilib. 150 nəfərdən artıq aksiya iştirakçıları müxtəlif dövlət orqanlarına bununla bağlı şikayət ərizəsi ünvanlayıb. Şirkət əməkdaşlarının ödənilməyən əmək haqqının ümumi həcminin 2 milyon 308 min manat olduğu bildirilir.   “Şirkətin baş ofisi qarşısında çadır quracağıq”   Yürüün sonunda “Azərinşaat” MMC-nin maaş ala bilməyən əməkdaşları şirkətin baş ofisi qarşısında çadır quraraq aksiyanı davam etdirəcəklərin bildiriblər. İşçilər bu qərarışirkətin texniki departamentinin koordinatoru Rəcəb Rəcəbli ilə görüşdən sonra qərara gəliblər. Rəcəb Rəcəbli əmək haqlarının ödənilməsi üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirsə də, işçilər bu vədlərə inanmadıqlarını deyiblər. Yeganə Quliyeva Rövşən Əsədov





Həftənin ən çox oxunanları