Yuxarı

“Ölkəyə gətirilən diri qoyun 9 manata sənədləşdirilib”

“Ölkəyə gətirilən diri qoyun 9 manata sənədləşdirilib”

qoyunlar“Rusiyadan ölkəmizə 2014-cü ildə 52 min tondan artıq kartof gətirilib. İdxal olunan bu qədər kartof "nişasta istehsalı üçün" xammal kimi sənədləşdirilib”. Cebhe.info xəbər verir ki, bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib.

“Ölkədə nişasta istehsalı ilə bağlı statistik məlumat yoxdur. Bu üsulla qonşu ölkədən gətirilən kartofun idxal dəyərini 3 qəpikdən (4-sentə 2014) hesablayıblar. Həmin məhsul ölkə bazarında idxal dəyərindən 20 dəfə baha qiymətə satılıb. Gürcüstandan 2013-cü ildə ölkəmizə 3273,4 min dollar dəyərində 109435 baş diri iribuynuzlu ev heyvanları, 1861,2 min dollar dəyərində isə 159376 baş diri qoyunlar idxal olunub. Ölkəyə gətirilən diri iribuynuzlu heyvanının hər biri alış, daşınma, sığorta və sair xərclərlə birlikdə 29 dollar 91 sentə, diri qoyunlar isə 11 dollar 67 sentə başa gəlib. Həmin ilin valyuta məzənnəsi ilə hesablayanda bir diri iribuynuzlu heyvanın idxal dəyəri 24 manata (3 kiloqram mal əti qiymətinə), bir diri qoyun isə 9 manata (900 qram qoyun əti qiymətinə) sənədləşdirilib. Həmin qoyunlar bazarda idxal dəyərindən 10-15 dəfə baha qiymətə istehlakçılara satılıb. Bəzi məhsulların idxal dəyəri cədvəldə göstərilib”, - deyə V. Məhərrəmov qeyd edib.

Ekspertin sözlərinə görə, malın idxal dəyəri onun faktura dəyərindən əlavə daşınmasına, sığortasına, saxlanmasına, bir sözlə malın alıcıya gəlib çatmasına qədər ortaya çıxan bütün xərclər də daxil olmaqla müəyyənləşdirilir.

Mənsur





Həftənin ən çox oxunanları