Yuxarı

Arıqlamaq üçün riyazi fənd

Arıqlamaq üçün riyazi fənd

ariqlamaqArıqlamaq istəyənlər, adətən, yedikləri qidaların kalorisinin az olmasına diqqət edir, gün ərzində 1000 kalorini keçməməyə çalışırlar. Ancaq yeni aparılan araşdırmalar göstərib ki, kalori hesablamaqdan daha effektli və asan bir üsul var. Belə ki, Briqam Universitetinin professorlarının apardıqları araşdırma loxmaları sayaraq ac qalmadan arıqlamağın mümkün olduğunu sübut edib.

Milli.Az publika.az-a istinadən bildirir ki, araşdırma iştirakçılarından bir həftə ərzində su istisna olmaqla, maye qəbul edərkən qurtumları, yeyərkən loxmaları saymaları istənilib. Bir həftədən sonra məlum olub ki, iştirakçıların 30 faizi həmişəkindən daha az yeyib-içiblər. İştirakçıların hər biri 4 həftəlik sınaqdan sonra təxminən, 2 kiloqram arıqlayıblar. Ac qalmadan və qidalanma rejimlərini dəyişmədən bu cür nəticə əldə etmələri alimləri belə təəccübləndirib.

Mütəxəssislər loxmaları saymağın arıqlama ilə nəticələnməsinin səbəbini doyma siqnalı ilə əlaqələndirirlər. Onların fikrincə, loxmaları saydıqda doyma siqnalı beyinə daha tez çatır. Xatırladaq ki, daha öncə çinli alimlər hər bir loxmanı  40 dəfə çeynəyərək qısa müddətdə arıqlamağın mümkün olduğunu sübut etmişdilər.





Həftənin ən çox oxunanları