Yuxarı

Biznesmen - "siyasətçi" Əli Kərimli

Biznesmen -

IMG_1568Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq sədri Əli Kərimli artıq demək olar ki, siyasi fəaliyyətini dayandırıb,  biznes fəaliyyətini genişləndirməyə başlayıb. Ona məxsus olan kifayət qədər obyektlərin olması hər kəsə məlumdur. Bu silsilədən olan obyektlərdən biri də Hüseyn Seyidzadə küçəsində yerləşən "Avtomobil ehtiyat hissələri" satılan obyektdir.

Belə ki, obyekt sənədləşmə ilə Əli Kərimlinin əmisi oğlu Mübariz Kərimliyə məxsusdur. İllərdir bu obyekt fəaliyyət göstərir. Amma Kərimli sadə cəbhəçilər üçün “imkansızlıqdan” əziyyət çəkdiyini deyir, həbs olunmuş tərəfdarlarına belə ildə-ayda bir dəfə göndərilən sovqatı da kasıb-kusub, qəpik dərdi çəkən sıravi cəbhəçilərin üzərinə yıxır. Özü isə necə deyərlər, “qaz vurub, qazan doldurur”.  Obyekt qohumunun adına sənədləşsə də, əsl sahibinin Əli Kərimli olduğu bildirilir. O, siyasi alver üçün, özünə daha yaxşı komfortlu həyat tərzi qurmaq üçün Avropa və Amerikada siyasi sığınacaq almaq istəyənlərə illərlə baha qiymətə satdığı AXCP vəsiqəsi hesabına, eləcə də xaricdən aldığı və təyinatı üzrə xərclənməyən qrantlar hesabına varlandı, özünə rahat həyat qurdu.  5 manatlıq adamların hesabına saxta qurultay keçirib özünü "sədr" elan elədi. Burada tək bir məqsəd var - daha çox pul qazanmaq. Yaxın ətrafını, ən sadiq adamlarını belə satmış Əli Kərimli siyasi partiyaya kommersiya təşkilatı kimi baxır. Bir vaxtlar Əli Kərimlinin ən yaxın silahdaşlarından biri deyirdi ki, partiya “böyük bir supermarketdir”. Görünür, bu söz elə o zamandan Əli Kərimlinin sözü imiş ki, “Yurd”un kuluarlarında təkrar-təkrar deyilirmiş…

Rövşən





Həftənin ən çox oxunanları