Yuxarı

“Azəriqaz”: Qışda qaz problemi olacaqmı?

“Azəriqaz”: Qışda qaz problemi olacaqmı?

azeriqaz“Azəriqaz” İstehsalat Birliyi qış mövsümünə tam hazırdır. İstismara yararsız qaz xətləri yenilənib, bəndlər təmir olunub. Qaz xətlərinin üzərində qaz tənzimləyici qutuların (reduktor) sayı artırılıb. İstehlakçıların fasiləsiz qaz ehtiyatları ilə təmin olunması üçün 28184 paqometr uzunluğunda müxtəlif diametrli yeni qaz xətləri çəkilib. 116 siyismə yenisi ilə əvəz edilib”.

Bunu Cebhe.info-ya “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev qış rejiminə keçidlə bağlı sualı cavablandırarkən deyib. Qurum rəsmisinin sözlərinə görə, 161 ədəd qaztənzimləyici quraşdırılıb: “Havanın isti və soyuq keçməsinə baxmayaraq, əhalinin bütün təbəqəsi mavi yanacaqla təmin olunur. Qarşıdan gələn soyuq vaxtlarda insanların təhlükəsizliyninin təmin olunması üçün onları daha diqqətli olmağa çağırıram”.  İbrahim Kərbəlayev onu da əlavə edib ki, noyabrın 1-dən dekabrın 1-nə qədər təbii qazın təhlükəsiz istifadə aylığı çərçivəsində bütün qaz istismar sahələri gücləndirilmiş iş rejimində çalışacaq.

Həmçinin “Azəriqaz”İstehsalat Birliyinin “qaynar xətt” sutkanın 24 saatı ərzində vətəndaşlara xidmət göstərəcək.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları