Yuxarı

İran səfirliyi qarşısında AKSİYA

İran səfirliyi qarşısında AKSİYA

IMG_1845Milliyyətçi Hərəkat Təşkilatı bu gün günorta saatlarında İran səfirliyi qarşısında aksiyaya cəhd edib. Cebhe.info xəbər verir ki, 30 nəfərə yaxın aksiya iştirakçısı İçərişəhər metrosunun qarşısında toplaşaraq polislərin müşayiəti ilə səfirliyə doğru hərəkət edib.

Polislə aparılan danışıqlarda təşkilatın nümayəndəsi olan iki nəfərin aksiyanın bəyannaməsini səfirliyə təqdim etməsi razılaşdırılıb. Qeyd edək ki, aksiya iştirakçıları İran televiziyasında türklərin təhqir edilməsinə etiraz olaraq mitinqlər keçiriən güneyli soydaşlarımızla həmrəylik nümayiş etdirib.

Rövşən Əsədov





Həftənin ən çox oxunanları