Yuxarı

“ İŞİD -in qardaşı Azərbaycanda kabus kimi dolaşır”

“ İŞİD -in qardaşı Azərbaycanda kabus kimi dolaşır”

[caption id="attachment_2899" align="alignleft" width="457"]Ilham Ismayil İlham İsmayıl: “Terrordan heç bir dövlət, o cümlədən bizim ölkə sığortalanmayıb”[/caption]

Parisdə törədilən terror aktı dünyanın artıq yeni dönəmə qədəm qoyduğunu söyləməyə əsas verir. Bu olay göstərdi ki, bəzi böyük dövlətlərin terror təşkilatları ilə gizli əməkdaşlığı artıq digər ölkələr üçün ciddi təhlükə mənbəyinə çevrilib. Hətta bu təhlükə müttəfiq ölkələri də bir-birinə qarşı qoya bilər.  Terror aktı baş verən kimi ağla gələn ilk versiya İŞİD oldu. Amma bunun əksini düşünənlər və müxtəlif versiyalar irəli sürənlər də var. Terror aktının Antalyada keçirilən G20 sammiti öncəsi baş verməsi də maraqlı nüansdır. Bəs Azərbaycanda bu təhlükə nə qədərdir?  

Bu və digər məsələlərlə bağlı “Cumhuriyət” qəzetinin suallarını Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşı, Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl cavablandırdı.

-Fransada terror olaylarının arxasında İŞİD-in olması versiyası həqiqətə yaxındırmı?

-Parisdə baş verən terrorun arxasında İŞİD-in dayandığını Fransa prezidenti Olland bəyan etdi. Dövlət başçısı konkret nformasiyaya malik olmasa, bəyanat verməzdi. Əlavə edək ki, italyan televiziyasının verdiyi məlumata görə, İŞİD də bəyanat verərək bildirib ki, “bu terror Suriyaya görə qisasdır. Bu Fransanın 11 sentyabrıdır" ( 2001-ci il 11 sentyabr Nyu-York terrorunu nəzərdə tutulur). Parisdəki terror müəyyən mənada 11 sentyabrda ABŞ-da olan terrora bənzəyir. ABŞ-da da terror bir neçə şəhərdə, müxtəlif məkanlarda baş vermişdi. Parisdə də eyni vaxtda 7 yerdə terror törədilib.

- Parisin seçilməsi təsadüfidirmi?

isid_18- Fransa hələ Rusiyadan əvvəl İŞİD mövqelərinə aviazərbələr endirmişdi. Parisdə isə tarixən ərəbkökənli insanlar məskunlaşıblar və ərəblərin Fransa ərazisinə gediş-gəlişi asandır. Parisdə hələ bu yay - avqustda da bir konsert zalı terror hədəfi olmalıydı. Xüsusi xidmət orqanları bunun qarşısını almışdılar. Bu tələsik planlaşdırılan terakt deyil. Bu genişmiqyaslı aksiyadı və hazırlaşıb həyata keçirmək zaman tələb edir. Fransa təhlükəsizlik orqanları "Şarlie Hebdo" redaksiyasındakı teraktdan sonra daha sayıq olmalı, əməliyyat tədbirlərini artırmalı idilər. Amma terrorun xarakterik cəhətlərindən biri, elə gözlənilmədən, qəddarcasına baş verməsidir.

-Bu olayın G20 sammiti ilə bağlılığı ola bilərmi?

-G20 sammitində onsuz da İŞİD-ə qarşı birgə mübarizə müzakirə olunacaqdı. Paris hadisəsi isə bu məsələyə daha ciddi yanaşmağı, daha təsirli tədbir görməyə məcbur edəcək. Deklorativ xarakter daşımayacaq. Hadisənin G20 sammitilə birbaşa əlaqəsi yoxdur.

-Rusiyanın təyyarə olayına bu cür cavab verməsini deyənlər də var. Rusiya və ya başqa dövlətlərin terror aktında marağı ola bilərmi?

-Bu versiya az inandırıcı görünsə də, tam istisna da olunmur. Səbəb Rusiyanın Suriya siyasətinə dəstək verilməsi məqsədini güdə bilər, yəni İŞİD-ə qarşı dünya gücləri bu terrordan sonra Əsədin hakimiyyətdə qalmasına razılıq verib, İslam Dövlətinin tutduğu Suriya ərazisini azad edəcək, İŞİD-in məhvinə qərar verəcəklər. İŞİD-in Rusiyanı hədəf alması da gündəmdən çıxmış olur. Bu tipli versiyaları artırmaq mümkündür, amma həqiqət çəkisi də elə ehtimaldan artıq deyil.

-Yeri gəlmişkən, Azərbaycanda baş verən son olaylardan da danışaq. MTN şefinin və rabitə nazirinin işdən azad edilməsi və bu istiqamətdə gedən proseslər cəmiyyətdə maraqla qarşılanır. Artıq islahatların aparılacağı ilə bağlı bir ümid də yaranıb. Ümumiyyətlə, bu addımları  islahat hesab etmək olarmı?

-Rəsmi məlumatlarda MTN və Rabitə Nazirliyinin rəhbərlərinin azad edilməsi konkret cinayətlərlə əlaqələndirilir. Bu islahat deyil. İslahat geniş və bütün sferaları əks etdirən proqramdır və bu mənada bu qurumda baş verənləri islahat kimi dəyərləndirməyi düzgün hesab etmirəm.

-Bu prosesin arxası gələcəkmi, hakimiyyətin yeni komanda quracağı ehtimal olunandırmı?

-Bu prosesin arxası gələ bilər və ehtimalı çoxdur. Ancaq, bu, yeni komanda formalaşdırmaq anlamına gəlmir. Parlament seçkiləri göstərdi ki, yeni tərkib yaratmaq planda nəzərdə tutulmayıb.

-MTN olayları agentura şəbəkəsini çökdürə bilərmi və ya bu olaylar agenturanın fəaliyyətinə necə təsir edə blər?

-MTN olayları agentura şəbəkəsini çökdürə bilməz, amma ciddi zərər vurduğu birmənalıdır. İstər köhnə, istər son 11 ildə yeni cəlb edilmiş ağentləri hansı məqsədlə, hansı tələblə cəlb ediblər? Əməliyyat şəraitinin tələblərinə görə, yoxsa məlum cinayətləri törətmək məqsədilə həyata keçiriblər. Yəni geniş açıqlama vermədən demək istəyirəm ki, təkcə kadrları təmizləməklə iş bitmir, məxfi əməkdaşları da süzgəcdən keçirmək, bir sözlə, yenidən təlim və tərbiyə vermək lazımdır. Onların qarşısında məhz təhlükəsizlik tapşırıqları qoyulmalıdır.

-Peşəkar kadrarın MTN-ə qaytarıldığı qeyd olunur. Sizə də təklif gəlibimi və ya təklif gələrsə, necə dəyərləndirəcəksiniz?

-Mənə təklif gəlməyib və gəlməyini də real hesab etmirəm. Siz dediyiniz islahat olarsa, təklif ola bilər və o zaman dəyərləndirmək mümkündür.

-Gələn il iqtisadi problemlər və korrupsiyanın davam etməsi fonunda Azərbaycanı nə gözləyir?

-İqtisadi problemlər artıq gəlib, korrupsiya davam edir və Azərbaycanı işsizlik problemi bürüyür. Narazıların sayı artır. Düşmənlər bundan artıq istifadə etməyə başlayıb və təşəbbüsü siyasi islam ələ alıb. Son zamanlar baş verənlər məsələnin görünən tərəfidir. Görünməyən və ölkəni sürətlə bürüyə biləcək təhlükə uzaqda deyil, əgər belə davam edərsə...

-Yeri gəlmişkən, İŞİD təhlükəsi nə qədərdir, Azərbaycanda terror ehtimalı varmı?

-İŞİD -in qardaşı Azərbaycanda kabus kimi dolaşır və İŞİD-ə ehtiyac qalmır.Terrordan heç bir dövlət, o cümlədən Fransa və Azərbaycan da sığrtalanmayıb.

Cavad





Həftənin ən çox oxunanları