Yuxarı

Talassemiyalı xəstələrin aksiyası

Talassemiyalı xəstələrin aksiyası

 

talassemiyaDünən Bakıda talassemiyalı xəstələr və onların valideynləri Talassemiya Mərkəzi qarşısında etiraz aksiyası keçiriblər. Etiraza səbəb talassemiyalı xəstələr üçün dövlət tərəfindən ayrılan vəsait hesabına alınan texniki avadanlıqların mərkəzdə quraşdırılmamasıdır.

Bu barədə məlumatı hadisə yerində olan Cebhe.info əməkdaşı bildirib. Onun sözlərinə görə, aksiyaya çoxlu sayda polis əməkdaşı cəlb olunub. Onlar aksiyaya müdaxilə edib və aksiyanın davam etdirilməsinə mane olublar. Həmçinin, aksiyada iştirak edən 80 nəfərə yaxın xəstədən bir neçəsinə polis əməkdaşları tərəfindən təzyiq edilib. Aksiya təşkilatçılarının sözlərinə görə, dəfələrlə məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət olunsa da, müraciətlərə baxılmayıb. Mərkəzdə müalicə olunmaq üçün gələn xəstələr orada talassemiyanın müalicəsi üçün nəzərdə tutulan texniki avadanlıqlardan yararlana bilmirlər. Aksiyada iştirak edən Talassemiya Assosiasiyasının rəhbəri Sona Dubuxova da xəstələrin tələblərinə qoşulub. O deyib ki, ölkə başçısı talassemiyalı xəstələrin müayinə və müalicəsi üçün xüsusi olaraq vəsait ayırıb. Həmin xəstələrin müalicəsi ücün xaricdən xeyli sayda texniki avadanlıqlar gətirilib. Amma bu avadanlıqlar mərkəzə yerləşdirilmir və vəsait bura xərclənmir. Aksiyada həmçinin o da bildirilib ki, talassemiyalı xəstələrin müayinəsi üçün xaricdən cəlb olunan həkimlərin mərkəzə müdaxiləsi qadağan edilir. Bu məsələdə Səhiyyə Nazirliyinin də adı çəkilir. Bildirilir ki, həmin həkimlər otellərdə saxlanılır və kənara çıxmalarına imkan verilmir. Əks təqdirdə onların ölkədən deportasiya olunacağı bildirilir. Aksiya iştirakçıları Səhiyyə Nazirliyinə doğru yürüş etməyi qərarlaşdırıblar.





Həftənin ən çox oxunanları