Yuxarı

Fəhlələrin etiraz yürüşü davam edir

Fəhlələrin etiraz yürüşü davam edir

azerinsaat1Beş aydır əmək haqlarını ala bilməyən və buna görə dəfələrlə paytaxtda etiraz aksiyaları keçirən “Azərinşaat”ın işçiləri növbəti dəfə noyabrın 17-də yürüşə başlayıblar. Cebhe.info-nun hadisə yerində olan əməkdaşının sözlərinə görə, 150 nəfərə yaxın aksiya iştirakçısına “Azərinşaat”ın bölgələrdəki əməkdaşları da qoşulub.

Şirkətin işçiləri “Azərinşaat”ın ofisi qarşısından başlayaraq, “Azəryolservis”ə doğru yürüş ediblər. Binəqədi rayon Polis Bölməsinin əməkdaşları nümayişçilərin qarşısını kəsərək onlara mane olmağa çalışıb. “Azərinşaat” şirkətinin əməkdaşlarından birinin nümayiş vaxtı vəziyyəti ağırlaşıb və xəstəxanaya aparılıb. Şirkətin Lənkəran layihəsində çalışan 55-60 yaşlarında olan əməkdaşının qəflətən təzyiqi yüksəlib. Səhhətində ağırlaşma hiss olunduğunu görən aksiya iştirakçıları onu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıblar. Aksiya iştirakçılarının bildirdiyinə görə, etirazçılar gecəni ac-susuz “Azərinşaat” şirkətinin qarşısında keçiriblər. Bu səbəbdən şirkət əməkdaşının təzyiqi qalxıb. Aksiya edənlər hələ ki, şirkətin qarşısında gözləmə mövqeyindədirlər. Onlardan 10 nəfəri isə ayrılaraq Prezident Aparatına tələblərinin təmin olunmaması ilə bağlı müraciət etmək üçün gediblər. Əməkdaşımız onu da əlavə edib ki, etiraz aksiyasının davam etdirilməməsi üçün Binəqədi rayon Polis Şöbəsinin əməkdaşları yürüşə mane olurlar. Ona görə də aksiyaçılar şirkətin binasından çıxa bilmirlər. Qeyd edək ki, “Azərinşaat”ın 1500 işçisi 5 aydır ki, maaş ala bilmir.





Həftənin ən çox oxunanları