Yuxarı

Hansı dini kitablar qadağandır?

Hansı dini kitablar qadağandır?

qadagakitabCəmiyyətdə qadağan olunmuş dini ədəbiyyat anlayışı olsa da, konkret siyahı yoxdur

Artıq bir neçə ildir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ziyanlı dini materialların müəyyən edilməsi ilə məşğul olan xüsusi ekspertiza şöbəsi yaradılıb. Qanunla qadağan olunmuş dini təyinatlı ədəbiyyat və elektron daşıyıcılar hüquq-mühafizə orqanları tərəfindən mütəmadi əməliyyatlar keçirilərək belə ədəbiyyatlar müsadirə olunur.

Son vaxtlar respublikanın bir neçə şəhərində, Nardaranda təhlükəli dini cərəyanlara qarşı mütəmadi əməliyyatlar həyata keçirilir və evlərdən qanunla qadağan olunmuş dini təyinatlı ədəbiyyatlar yığılır. Bəs həmin ədəbiyyatlar hansılardır? Qadağan olunmuş dini ədəbiyyatların siyahısı niyə ictimaiyyətə açıqlanmır? Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva suallarımıza konkret cavab verməyərək həmin siyahı haqda bilgi vermək niyyətində olmadığını deyib. Dini ekspert Elşad Miri isə hesab edir ki, qanunla qadağan olunmuş ədəbiyyat əslində ictimaiyyətə açıqlanmalıdır ki, valideynlər övladlarını belə ədəbiyyatlardan yayındıra bilsinlər: “Mən istərdim ki, həmin kitablar açıqlansın və insanlar da bilsin. Mətbuatda bunu işıqlandırsalar, daha yaxşı olar. Hər hansı məzhəb qarşıdurması yarada biləcək, xaos və iğtişaşlar yaradacaq və digər başqa məsələlər həmin kitablarda əsk olunur ki, bunlar qadağan olunmuş dini kitablar siyahısındadır. Yəqin həmin kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilir və onların barəsində rəy bildirilir. Ya da onların özlərində həmin siyahı var. Çünki konkret olaraq belə məlumatlar həmin komitə tərəfindən verilir”. Ekspertin sözlərinə görə, hazırda texnalogiya əsrində insanlar istədikləri kitabları və məlumatları müxtəlif sosial şəbəkələr vasitəsilə, həmçinin “vatsapp” kimi ötürücülərlə bir-birlərinə yollaya bilirlər. Qadağan olunmuş dini ədəbiyyatın olması hər bir kəsin evində mümkündür. Bunun qarşısının alınması sistemi dünyanın heç bir yerində mövcud deyil. Bu məsələlərdə sadəcə düzgün məlumatlandırma və yönləndirmə işi aparılsa ki, hansı kitablardan yararlanmaq olar və ya olmaz, o zaman insanlar daha xəbərdar olarlar. Gələcəkdə valideynlər də uşaqlarına hansı ədəbiyyatları oxumağın lazım olduğuna və nə işlə məşğul olmalarına daha diqqətli olarlar.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları