Yuxarı

Flora Kərimova: “Elə bilirsiniz ki, rayonlar özbaşına baş qaldırdı?”

Flora Kərimova: “Elə bilirsiniz ki, rayonlar özbaşına baş qaldırdı?”

Flora Kerimova“Necə ki, siz fikirləşirsiz ki, ailəmi necə dolandırım, mən də o haldayam. Mən də düşünürəm. Düzdür, mənim oğlum, qızım xaricdədir, onlara gözümü dikmişəm”. Bu sözləri Cebhe.info-ya xalq artisti Flora Kərimova manatın devalvasiyasından sonra ölkədəki qiymət artımı ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hazırkı bahalaşma və etirazların baş qaldırması dünya səviyyəli ümumi bəladır:

“Bu ümumi bəladır. Azərbaycana kənardan ziyan vermək istəyən çox sayda düşmənlərimiz var. Çox ehtiyatlı olmalıyıq. Azərbaycana əllər uzanıb. Ölkəyə hərc-mərclik salmaq niyyətindədirlər. Azərbaycanı Yəmənə, İraqa döndərmək istəyirlər. Bizə təkcə Rusiya düşmən deyil. İndi də İranın əlini, qolunu açıblar və artıq İran bizə şığıyır. Yarımız o torpaqlarda, yarımız burda... Hamı bizim maraqlarımızı ayaq altına atmaq istəyir. Ona görə də sözümüzdə və addımımızda son dərəcə diqqətli olmalı, sözümüzün ağası olmalıyıq. Tələsik qərar verməklə bu ölkəni bəlaya sala bilərik. İnsanlarımızı qıcıqlandırmaq olmaz. Yanlış bir hərəkət olsa, Azərbaycan məhv olacaq. İlk növbədə, bunu düşünmək lazımdır. Uzun müddət Azərbaycan manatı avro səviyyəsindəydi. İndiki durumda bu da bir sınaqdır. Ölkəmiz daxili resurlar hesabına təmin olundu. Özünüz də gördünüz ki, rayonlarımız da etirazlara qalxdı. Elə bilirsiniz ki, rayonlar özbaşına baş qaldırdı? O başları qaldıranlar var. O təriqətlər ki var, onların məqsədi ölkədə çevriliş yaratmaq idi. Biri təriqət yaradır, digəri başqa bir məsələni ortaya atır, amandır, ehtiyatlı olun! Bir hadisəni analiz etməyincə, milləti təhqir etməyin! Hər nədisə mənim torpağım, hər nədisə mənim Azərbaycanımdır. Bizdən asılı olmayan səbəblər üzündən kimlərinsə təsiri altına düşməyək. Onların oduna yanmayaq. Amerikaya baxın. Azərbaycanda hər hansı xoşagəlməz hadisələr yaranan zaman Amerika deyir ki, sizin ölkədə demokratiya yoxdur. Ona görə də ağzımızdan çıxan sözlərə, atdığımız addımlara son dərəcə diqqətli olmalıyıq”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları