Yuxarı

İş adamı olan məmurlar

İş adamı olan məmurlar

memurÖlkənin iqtisadi durumu bu şəxslər üzündən hələ də yerində sayır

Azərbaycanda iqtisadiyyatın böyük hissəsi məmurların, deputatların, yüksək rütbəli şəxslərin və onların yaxınlarının əlində cəmləşib. Həm deputatların, həm məmurların, həm də hakim siyasi partiyada yüksək vəzifə tutan şəxslərin bizneslə məşğul olmasını qadağan edən kifayət qədər hüquqi normativlər, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar var.

Dövlət məmurlarının, yüksək səviyyədə siyasi vəzifə tutan şəxslərin korrupsiyaya qarşı mübarizə aparması ilə bağlı müəyyən normalar mövcuddur. Bu normalar indiyə qədər nəzərə alınmayıb. Həmçinin qanunvericiliyə görə, ölkəni idarə edən şəxslər, yüksək rütbəli məmurlar, millət vəkilləri və digər şəxslər şəxsi biznes və sahibkarlıqla məşğul ola bilməzlər. Qanunda da göstərilir ki, vəzifəli şəxslər tərəfindən gəlir deklarasiyasının təqdim edilməsi o zaman reallaşmağa başlayacaq ki, bəyannamə forması hazır olsun. Bu isə hələ hazır deyil..Amma ölkədə tam olaraq bunun əksidir. Ekspertlər hesab edir ki, ölkə tam olaraq monopolistik sistemə çevrilib və bu sistemlə respublika uzun müddət gərginlik məngənəsində çabalaya bilər. REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlının fikrincə, uzun illərdir ki, ölkədə oliqarxiq, monopolistik bir siyasi-iqtisadi sistem yaranıb: “Bu o deməkdir ki, bizim nazirlər, komitə rəhbərləri, millət vəkilləri, hakimlər o cümlədən də qanunvericilik orqanları şəxsi bizneslə məşğuldur. Onların həm iş həyatları, həm də siyasi həyatları var. Bu belə olmamalıdır. Dövlət nümayəndələri, yüksək rütbəli məmurlar, həmçinin qanunvericiliklə məşğul olan şəxslər heç bir halda sahibkarlıqla məşğul ola bilməzlər. Çünki onlar bu ölkəni idarə edir və bu sahələrlə bağlı qərarlar verib, qanunlar irəli sürürlər. Hətta bu qanunları icra edirlər. Necə olur ki, bir insan həm qanun qəbul etsin, həm onu icra etsin, həm də bu qanun özünün maraqlarına uyğun bir sahə olsun. Yəni maraqlar bu məsələdə toqquşur.

Bu da yanlışdır. Bu insanlar, əslində, qərarlar verəndə də öz maraqlarını əsas tuturlar. Dövlətin də bu şəkildə idarə olunması indiki etirazlarla bağlı vəziyyətə gətirib çıxarıb. Yüksək rütbəli dövlət məmurlarının biznes fəaliyyəti ilə məşğul olmamaları barədə maddə də qanunvericilikdə əks olunub”.

Azər Qasımlı əlavə edib ki, biznes fəaliyyəti ilə məşğul olan insanların sayı həddindən artıq çoxdur: “Ümumiyyətlə, mən şəxsi biznesi olmayan millət vəkilləri tanımıram. Yəni Azərbaycanda təkcə əməkhaqqı ilə dolanan millət vəkili tanımıram. Onlar əvvəlcədən o məqsədlə təyin olunurdular ki, parlament imkanlarından, millət vəkilliyindən istifadə edərək öz biznes və sahibkarlıq fəaliyyətlərini daha da artırsınlar. Onların təyin olunmasında əsas məqsəd budur”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları