Yuxarı

Bir "him"ə qız nömrələri

Bir

12659651_950691825015196_16781840_n"Azercell"in kampaniyasının arxasında nə dayanır?

Gün ərazində "Azərcell" operatoru tərəfindən abonentlərə kifayət qədər reklam mesajları göndərilir. Bu isə bir çox abunəçilərin narazılığına və ictimai müzakirəyə səbəb olur. “Azercell”in 6525 xidmətindən gələn mesajlar daha çox təndiq hədəfinə tuş gəlir.

"Cümhuriyət" qəzeti xəbər verir ki, 6525 xidmətinin HimCim Anonim Tanışlıq Servisindən qeydiyyatdan keçən qızlara oğlan nömrələri, oğlanlara isə qız nömrələri göndərilir. Bu isə ictimaiyyətdə heç də birmənalı qarşılanmır və arxasında çirkin niyyətlərin dayanma ehtimalını gündəmə gətirir. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, bu cür xidmətlərin arxasında hər cür fəsadın dayanma ehtimalı var: “Bunun arxasında insan alveri, fahişəliyə cəlb etmək dayana bilər. Məsələyə başqa tərəfdən baxsaq, nəzərə almaq lazımdır ki, bəzilərinin gərgin iş prosesindən tanışlığa sərf edəcək vaxtı yoxdur, amma ailə qurmaq istəyir. Bu baxımdan bu xidmət onlar üçün tam əlverişli bir fürsətdir. İstənilən məsələnin arxasında bir neçə aspekt dayanır. Həm mənfi, həm müsbət. Bunu isə qarşı tərəfin şüurlu şəkildə verəcəyi qərarın öhdəsinə buraxmaq lazımdır. Kimisi sui- istifadə edər, cəzasını alar, kimisi əlverişli istifadə edib yararlana bilər". Psixoloq Fərqanə Mehmanqızı da məsələnin müsbət tərəflərindən danışıb: “Bu, “Azercell”in növbəti layihəsidir. Təbii ki, hansısa yollarla abunəçi cəlb etməyin bir metodları olmalıdır. Bu da onlardan biridir. Əgər orada insanın öz istəyi varsa, burada qeyri-adi heç nə yoxdur. Kim narazıdırsa, istəmirsə, qeydiyyatdan keçməsin və onun nömrəsi başqalarına göndərilməsin. Əgər o, buna razıdırsa, istənilən nəticəyə də hazır olmalıdır. Lakin bunun mənfi tərəfləri də var. Bu kimi layihələr insanları virtual həyata daha çox bağlayır, telefondan, virtual həyatdan asılılıq yaradır. Bu da tədricən insanların pessimizmə qapılmasına,  tanımadığı insanlar tərəfindən aldadılmasından sonra depressiyaya düşməsinə, hətta depressiyanın ağır fəsadlarının qurbanına da çevrilə bilməsinə şərait yaradır".

Rövşən Əsədov





Həftənin ən çox oxunanları