Yuxarı

8 martda hər qadına 40 manat veriləcək

8 martda hər qadına 40 manat veriləcək

8 mart8 martda bayram münasibətilə ölkə vətəndaşı olan hər qadına yaşından asılı olmayaraq 40 manat veriləcək. Cebhe.info xəbər verir ki, bu qərar Türkmənistanda qəbul edilib.

Ölkə prezidenti Qurbanqulu Berdımuhəmmədov bu barədə sərəncam imzalayıb. Hər bir qadına çatacaq olan vəsait nəğd ödəniləcək. Hədiyyə harda işləməsindən asılı olmayaraq, bütün qadınlara şamil ediləcək. Bundan başqa sərəncama əsasən təqaüdçü qadınlar, müavinət alanlar, müxtəlif təhsil pilləsi üzrə oxuyanlar, tələbələr, məktəblilər və hətta uşaq bağçalarındakı qızlar da prezident tərəfindən 40 manat, yəni 11 dollar hədiyyə alacaqlar. Qadınlara vəsaitin ödənməsi martın 1-dən 5-ə qədər həyata keçiriləcək. Qeyd edək ki, Türkmənstanda bu bayramın qeyd edilməsi 2008-ci ildə bərpa olunub.





Həftənin ən çox oxunanları