Yuxarı

Qəbiristanlıq atəşə tutuldu

Qəbiristanlıq atəşə tutuldu

qebiristanliqErmənilər doğmalarının məzarını ziyarətə gələnləri hədəfə alıb

Azərbaycan ənənələrinə uyğun olaraq insanlar Novruz bayramı ərəfəsində dünyasını dəyişmiş doğmaları üçün “Qara bayram” keçirir və məzarlarını ziyarət edirlər. Ancaq digər bölgələrdən fərqli olaraq cəbhə kəndlərində bu ziyarət insanlara heç də asan başa gəlmir.

Cebhe.info xəbər verir ki, Ağdam rayonunun Mirəşirli kənd qəbiristanlığı qoşunların təmas xəttinə ən yaxın ərazidə yerləşir. Həmin qəbiristanlığa doğmalarının məzarını ziyarətə gələn insanlar erməni hərbiçiləri tərəfindən atəşə tutulur. Budəfəki ziyarət də düşmənin açdığı atəş səsləri ilə müşayiət olunub. Cebhe.info-nun bölgə müxbirinə yerli sakinlərin verdiyi məlumata görə, düşmən hərbçiləri bu gün səhər saatlarında məzarlığa gələn insanlara bir neçə dəfə atəş açıb. Artıq bu vəziyyətə öyrəşən insanlar bir müddət gözləyərək sonra ziyarətə davam ediblər. Hazırda həmin ərazidə nisbi sakitlikdir. İnsanlar öz əzizlərinin məzarlarını ziyarət etməkdə davam edirlər.

Elgün Gəncimsoy, Ağdam





Həftənin ən çox oxunanları