Yuxarı

Sərdar Həmidovun evindən 2 min manatlıq əşya oğurlanıb

Sərdar Həmidovun  evindən 2 min manatlıq əşya oğurlanıb

Sabiq icra başçısı və Tərtər özünümüdafiə batalyonunun komandiri Sərdar Həmidovun evinin yarılması ilə bağlı onun oğlu Şəhriyar Məcidzadə şəxsi facebook səhifəsində məlumat yaymışdı.
Tərtər polisi məsələ ilə bağlı Cebhe.info-nun bölgə müxbirinə faktı təsdiqləyərək hadisəylə bağlı Tərtər rayon Polis Şöbəsinə 10 martda yazılı müraciət edildiyini bildirib. Rayon polis Şöbəsinin baş müstəntiqi Elvin Kərimov bildirib ki, Sərdar Həmidova məxsus evdən əsasən məişət əşyaları: xeyli sayda mis qablar, samovarlar və digər əşyalar oğurlanıb: “Bundan başqa evin “padval” hissəsindən kafel-metlax, divar kağızları (oboy) və rusiya istehsalı olan iki qutu sirtli içki aparılıb”. Ümumilikdə evdən 2000 manat dəyərində oğurluq edən şəxs və ya şəxslər barəsində Tərtər polisində CM-nin 177.2.3 və 177.2.4 maddələri ilə cinayət işi açılıb. Hazırda onların axtarışı davam etdirilir.
 
Elgün





Həftənin ən çox oxunanları