Yuxarı

Elza Seyidcahan 31 marta şeir yazdı: “Etdi bizi soydurumlar”

Elza Seyidcahan 31 marta şeir yazdı: “Etdi bizi soydurumlar”

elza seyidcahan Əməkdar artist Elza Seyidcahan 31 Mart Azərbaycanlılarının Soyqırımı Günü ilə bağlı yeni şeir yazıb.   Müğənni yeni şerini "Cümhuriyət qəzeti"-nə göndərib. Şeiri təqdim edirik:   Azərbaycan yenilməz, Azərbaycan dərilməz, yeyilməz Azərbaycan əyilməz, bölünməz Haqq nahaqdan döyülməz, söyülməz Donsa o soyuğunda Qatil düşmən onu bil ki, Saxta istiliyində heç də əriməz Azərbaycan dəyişməz Tutduğu yoldan dönməz Qalx ruhlanım ruhlanın Döyüşə hazır ordumuzla tuşlanın Soyqırımlar enmədi bizi Etdi bizi soydurumlar Qalxdı ayağa boydurumlar Kökümüzdə kişilik var Ər ərənlik, mərdlik var Düşməni edəcək taru–mar Azərbaycan var! Prezidentimiz, xalqımız var! Güclü ordumuz! Azərbaycanımız var! Azərbaycanımız var!    Rövşən Əsədov "Cümhuriyət" qəzeti





Həftənin ən çox oxunanları