Yuxarı

“Cəmiyyət islahat ümidi ilə yaşayır”

“Cəmiyyət islahat ümidi ilə yaşayır”

İlqar Alaty: “Dəyişikliklər üçün unikal şans yaranıb” 1341649218_ilqar-altay ("YAP İqtidar partiyası olaraq məsuliyyət daşıyır..") Bu gün Azərbaycanda əsas siyasi hadisə cəbhədəki gərginlikldir. Amma eyni zamanda ölkə parlament seçkiləri ərəfəsindədir. Ölkədə siyasi fəallıq hiss olunmasa da partiyalar namizədlərini müəyyənləşdirməkdədirlər. Bu seçkilərdə YAP-ın deputat korpusunu daha da genişləndirmək niyyətinin olduğu bildirilir. Ölkədəki ictimai siyasi vəziyyət və digər məsələlərlə bağlı Cebhe.infonun suallarının İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay cavablandırır. - Öncə qeyd etmək lazımdır ki, ölkədə uzun müddətdir davamlı ictimai-siyasi sabitlik hökm sürür. Bir sıra qonşu və uzaq dövlətlərdə olduğu kimi, ölkəni silkələyib təlatümə gətirəcək kəskin siyasi qarşıdurmalar yoxdur. Yəni, hakimiyyətin və eləcə də iqtidar partiyasının dövlət idarəçiliyində öz siyasi proqramını sərbəst həyata keçirməsi üçün münbit şərait hökm sürür. Digər tərəfdən, siyasi müxalifət və vətəndaş cəmiyyətinin digər təbəqələri bu sabitlik içərisində olmaqla belə, ölkədə bir yeni dəyişiklik, islahat ümidi ilə yaşayır.   - Seçkiyə çox az müddət qalsa da, siyasi fəallıq hiss olunmur. Durğunluğun səbəbi nədir? - Təbii ki, qeyd etdiyim oturuşmuş sabitlik bir çox hallarda siyasi fəallığın azalmasına da gətirib çıxarır. Ölkədə siyasi ifrat qarşıdurmaların olmaması nə qədər müsbətdirsə, bu durum həm də, müəyyən mənada normal siyasi rəqabəti, ictimai aktivliyi ləngidir, hətta passivliyə səbəb olur. Bu isə, cəmiyyətin inkişafı üçün mənfi hesab edilə bilər. Fiziki hərəkət aktivliyi şüurun aktivliyindən başlanır. Cəmiyyətin, xalqın öz həyatında və ölkə inkişafındakı fiziki aktivliyi, dinamik fəaliyyəti üçün də ictimai-siyasi aktivliyin əhəmiyyəti böyükdür. Hazırkı passiv duruma səbəb olan amillərdən biri iqtidarla rəqabət aparıb cəmiyyəti oyada biləcək müxalifətin zəifləməsidir. Başqa bir real səbəb kimi mövcud iqtisadi böhranın insanları tamamilə öz çətinliklərinə qapatmasını göstərmək olar.   - Parlamentin tərkibinin 80 faizinin dəyişiləcəyi söylənilir. Hazırkı situasiyada bu nə qədər real görünür? - Hazırkı situasiyada parlamentdə indiyədək görünməmiş köklü dəyişikliklər real görünür. Bu saat bütün dünya həm siyasi, həm iqtisadi cəhətdən böhran vəziyyətindədir, dünya calxalanır. Bu çalxalanma təbii ki Azərbaycandan da yan keçə bilməz. və ölkə buna hazır olmalıdır. Elə vaxtdır ki, bu saat ölkədə hamılıqla, həm dövlət və hakimiyyətin bütün qolları, həm də cəmiyyət olaraq çalışıb bu qlobal təlatümdən mümkün qədər az ziyanla çıxmağı bacarmalıyıq. Bu istiqamətdə ən böyük gücü hakimiyyətin qüdrətli qolu olan parlament ortaya qoya bilər. Bunun tam baş tutması üçün isə parlament, gərək vətəninin üstünü almış çətinlikləri düşünə bilən və xüsusən də çalışqan, işlək üzvlərdən ibarət osun. İnanıram ki, Azərbaycan seçicisi bunu, bu günkü tam fərqli situasiyanı görür, bilir və öz seçimlərini də buna uyğun edəcək.   - Bu seçkilər əvvəlki seçkilərlə nə ilə fərqlənə bilər? - Düşünürəm ki, fərq böyük olacaq. Olmalıdır və başqa yol yoxdur. Bu dəfə Azərbaycan dövlətinin və xalqının elə bir imkanı yoxdur ki, özünün parlament kimi vacib, işlək inkişaf mexanizmini kiminsə mövqeyinə, xatir-hörmətə peşkəş etsin. Bu dəfəki parlament öz üzvlərindən o dərəcədə iş, zəhmət, əziyyət tələb etməlidir ki, parlamenti mənəvi zövq, vaxtkeçirmə, ictimai fərqlənmə yeri kimi düşünənlərin bu quruma həvəsi azalsın. Ölkənin və dövlətin çətin qlobal vəziyyətdən çıxması və inkişafı üçün hər bir vətəndaşın qarşısında ciddi vəzifə dayanır. Belə bir halda isə, yüksək maaş, səlahiyyət və imtiyazlarla şərəfləndirilmiş deputatlarımızdan daha çox işgüzarlıq və məsuliyyət tələb olunur.  Bir az da konkret desək, yeni düşüncə və dinamikli tərkibdən ibarət parlamentə böyük ehtiyac yaranıb.   - Digər partiyalara əlavə yerlərin verilmə ehtimalı varmı? - Bu ehtimalı inkar etmək olmaz. Amma, bunu böyük ehtimal kimi görmürəm. Çünki, dediyiniz digər partiyaların seçiciləri xüsusi cəlb edə biləcək ictimai aktivliyi görünmür təəssüf ki. Əksinə düşünürəm ki, bu seçkilərdə partiyasız, aktiv ictimai xadimlərin nisbətən daha çox yer götürmə ehtimalı var. Elə bir vəziyyət yaranıb ki, bir ictimai xadimin səsi bir partiyadan daha çox eşidilir, ictimai inam qazana bilir.   - Amma YAP-ın deputat korpusunu genişləndirəcəyi ilə bağlı versiyalar da var... - Güman etmirəm. Bilirsiniz, əvvəla YAP-ın deputat korpusu onsuz da genişdir. İkincisi, Yeni Azərbaycan Partiyası iqtidar partiyası kimi, başqa partiyalardan fərqli olaraq ölkənin, dövlətin taleyi və inkişafı üçün məsuliyyət daşıyır. Fərqli bir siyasi təşkilat olaraq öz partiya maraqları olmaqla, həm də ümumi dövlətin maraqları barədə düşünür və düşünməlidir. YAP-ın marağında olmalıdır ki, dövlətə, inkişafa daha yararlı, bacarıqlı, qabiliyyətli, işlək və həm də dövlət-vətən təəssübkeşli digər partiyalardan olanlar və ya partiyasız insanlar parlamentdə olsun. İqtidar partiyası düşünürəm ki, belə namizədlərə hətta dəstək də verməlidir.   - Parlament seçkilərinin ölkədə ciddi islahatların aparılıb-aparılmayacağının nümunəsi olacağı deyilir. Siz nə düşünürsünüz, seçkilərdən sonra hakimiyyət ciddi islahatlara gedəcəkmi? - Dəyişikliklərin həyata keçirilməsi üçün unikal şans yaranıb.   Parlament isə seçkili orqandır və 5 ildən bir formalaşdırılır. Yəni, parlament  hökumət, icra hakimiyyəti orqanı deyil ki, istənilən vaxt zamanın tələbi ilə yeniləyəsən. Odur ki, bu məsul dövrdə parlamenti keyfiyyətcə yeniləmək imkanı var. Cavad





Həftənin ən çox oxunanları