Yuxarı

Qurban Yetirmişli: “Zəlzələ olacaq, heç kim bunu inkar etmir”

Qurban Yetirmişli: “Zəlzələ  olacaq, heç kim bunu inkar etmir”

“Zəlzələ tək Xəzərdə yox, quru hissədə də baş verir. Sadəcə onun təkanları çox zəifdir. Bu da onu deməyə əsas vermir ki, yaxın günlərdə ölkə ərazisində güclü və böyük zəlzələ baş vermə ehtimalı var”. Bunu Cebhe.info-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Mərkəz rəhbəri bildirib ki, son vaxtlar Quba, Qubadlı, Pirqulu, Tərtər, Masallı, Lerik, Xanlar və Lənkəranda təkanlar olub: “Yer daxilində gedən geodinamik proseslər, hərəkətlər var. Təkanlar zəif olduğuna görə, ancaq cihazlar sayəsində qeydə alınır. Son vaxtlar Qubada, Qubadlıda, Pirquluda, Tərtərdə, Masalıda, Lerikdə, Xanlarda və Lənkəranda təkanlar olub. Bunların maqnitudası 1, 0.1, 0.8, 0.3 gücündə olub. Təkcə Xəzər dənizinin şərqində 7 zəif təkan qeydə alınıb. Bunlar da qorxulu bir şey deyil, yerdaxili gedən proseslərin nəticəsidir. Bunun quru hissəyə də təsiri yoxdur”. Ötən gün Amerika seysmoloqlarının Azərbaycanda zəlzələ olacağı ilə bağlı yayılan proqnoza münasibət bildirən Qurban Yetirmişlinin cavabı qəribə olub: “Keçəl dərman bilsə, öz başına yaxar. Amerika qitəsində dünya dağıla-dağıla gedir. Niyə öz ölkələrində olan zəlzələni demirlər, əllərini Bakıya uzadırlar?! Zəlzələ olacaq, heç kim bunu inkar etmir. Amma nə vaxt olacağını demək, nağıldır. 2000-ci ildə baş verən zəlzələylə bağlı rəsmi məlumatı xidməti məktubda gizlin xəbər vermişdik. Biz çıxıb onu televiziyada və radioda deyə bilməzdik”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları