Yuxarı

Nazir göstəriş verdi: Xankəndi vurulacaq?

Nazir göstəriş  verdi: Xankəndi  vurulacaq?

Cəbhə boyu ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələri uğursuzluqlarının əvəzini qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrimizi atəşə tutaraq mülki əhaliyə ziyan vurmaqla çıxmağa başlayıb.

Cebhe.info Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin dəfələrlə qarşı tərəfi təkidlə xəbərdar etməsinə baxmayaraq, Ermənistan bu cür qeyri-insani addımlar atmaqla Azərbaycanı da adekvat tədbirlər görməyə təhrik edir. Lakin Azərbaycan tərəfi bir daha Ermənistanı beynəlxalq hüquq normalarına riayət edərək dinc əhaliyə qarşı zor tətbiqindən çəkinməyə çağırır. Eyni zamanda bildiririk ki, qısa bir müddətdə yaşayış məntəqələrimizə düşmən tərəfindən vurulan zərbələrin dayandırılmayacağı təqdirdə müdafiə naziri raket-artilleriya qoşunları da daxil olmaqla Silahlı Qüvvələrin bütün qoşun növlərinə sərəncamda olan ağır döyüş vasitələri ilə Xankəndi şəhəri və işğal olunmuş digər yaşayış məntəqələrinə dağıdıcı zərbələrin endirilməsinə hazır olmaları barədə göstəriş verdi.

“Sarkisyan hiyləyə əl atdı”

Cebhe.info xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə Ermənistan prezidenti Serj Sarkisyanın hərbi əməliyyatların dayandırılması məsələsinı şərh edərkən deyib.  Deputat Ermənistan prezidentinin kompromislərə hazır olmasını erməni tərəfinin növbəti hiyləsi adlandırıb: “Bu Sarkisyanın növbəti hiyləsidir. Çünki, o bunun üçün bütün hərbi birləşmələr 1 aprel 2016-cı il tarixədək tutduqları mövqelərə qayıtmasını şərtini qoyub. Ermənistan növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edir.  BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsini yerinə yetirmək əvəzinə o, Azərbaycan əsgərinin tökdüyü qanın üstündən keçib, yenidən riyakarlıq etmək istəyir. Sülh istəyən işğal etdiyi ərazilərdən öz qoşunlarını çəkməlidir, daha Azərbaycan Ordusunun geri çəkilməsini tələb etməməlidir”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları