Yuxarı

Direktor müavini və oğlu AXCP-nin şöbə sədrini döyüb

Direktor müavini və oğlu AXCP-nin şöbə sədrini döyüb

AXCP Beyləqan rayon şöbəsinin sədri Eltural Mürsəlzadə fiziki zoraklığa məruz qalıb. Bu barədə Cəbhə-info-ya zərərçəkən özü məlumat verib. Eltural Mürsalzadə bildirib ki, aprelin 4-ü müəllim işlədiyi Beyləqan rayonu Dünyamalılar kəndi Əlibala Şirinov adına 1 saylı tam orta məktəbin 2 müəllimi tərəfindən döyülüb:

“5-ci gün 1 saat dərsim qalmışdı, lakin yaxın qohumumuzun hüzrünə getməliydim. Tərbiyəvi işlər üzrə direktor müavininə bildirib getdim. Dünən məktəbə gələn kimi dərs hissə müdüru Vaqif Quluyev mənimlə mübahisə etməyə başladı. Sonra Vaqif Quluyevin oğlu, bizim məktəbdə dil-ədəbiyyat müəllimi işləyən Əli Quliyev gəldi, ikisi birlikdə üstumə hücum çəkərək, ata-bala mənə fiziki güc tətbiq edib, müxtəlif bədən xəsarətləri yetirdilər. Həkimdən arayışım var, fizki travma almışam. Hadisə barədə Beyləqan Polis Şöbəsinə müraciət etmişəm”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları