Yuxarı

Əflatun Amaşov: “Jurnalistikanın imtahanı davam edir”

Əflatun Amaşov:  “Jurnalistikanın  imtahanı davam edir”

 

“Cəbhə xəttində baş verənlərə paralel olaraq Azərbaycan jurnalistikası imtahan verdi”. Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin iclasında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

Ə.Amaşov qeyd edib ki, jurnalistikanın imtahanı davam edir: “Azərbaycan jurnalistikası üzərinə düşən öhdəlikləri əvvəlki illərlə müqayisədə yerinə yetirə bilir. Bir sıra nüanslar və xəbər saytları istisnadır. Bir sıra saytlarda xəbərlər dəqiqləşdirilmədən tələsik verilir. Lakin ümumilikdə KİV-lər gərgin vəziyyətdə normal iş fəaliyyəti ortaya qoyurlar, operativ işləyə bilirlər”.

Mənsur





Həftənin ən çox oxunanları