Yuxarı

GMO-Bəşəriyyət müharibəsi: Kim udur, kim uduzur?

GMO-Bəşəriyyət müharibəsi: Kim udur, kim uduzur?

Transgen məhsullar bütün bioloji strukturu, psixologiyanı, şüuru, insani hissələri dəyişdirmək gücündədir.  f4e62ff7a3c62eb96a60496430031c7eDünya inkişaf edir, əhali artır və təbii olaraq ərzağa tələbat çoxalır.  Müxtəlif hesablamalara görə, düzgün bölüşdürüləcəyi halda indikindən daha çox əhalini təmin edə biləcək qədər qida ehtiyatları  ədalətsiz bölünmə nəticəsində planetdəki bütün insanların ehtiyacını ödəmir. Təkcə ABŞ və Britaniada zibilliyə atılan yararlı qida məhsulları 1 milyarda yaxın adamı təmin edə bilər ki, elə dünyada da bu qədər adam aclıqdan əziyyət çəkir. Bunu əldə bayraq edən bəzi transmilli şirkətlər biotexnologiya imkanlarından istifadə edərək məhsul bolluğu yaratmağa çalışdıqlarını bəyan edirlər. Lakin bu bolluq aclıqdan daha dəhşətli bəlanı özü ilə gətirir. Bu yazıda həmin bəladan danışacağıq.   GMO nədir, necə yaradılır? GMO- Genetik modifikisiya olunmuş  məhsullar bir  orqanizmdən digərinə DNT köçürmək,  yaxud, bir orqanizmə aid DNT-nin biotexnologiya vasitəsi ilə dəyişdirilməsi deməkdir. Orqanizmdəki hər hansı bir funksiya, ya da bir xüsusiyyət genetik olaraq dəyişdirilə və ya genetik modifikasiya ilə başqa bir orqanizmdə fəaliyyət göstərə bilər. GMO-nun yaradılması  üçün əvvəlcə bir hüceyrədən sözügedən geni əldə etmək lazımdır. Daha sonra bu gen əvvəlcədən seçilmiş orqanizmdə çoxaldılır. Orqanizm artıq bu yeni geni istehsal etməyə başlayır. Bəzən məhsulların genini dəyişməklə onu mövcud olduğu ərazinin şərtlərinə uyğunlaşdırırlar. Məsələn, Arktikadakı bir balığın soyuğa müqavimət geni, bir çiyələyə köçürüləndə soyuğa daha dözümlü bir çiyələk əldə edilmiş olur. GMO-nu yaradanlar onun bəşəriyyət üçün yararlı olduğunu iddia edirlər. Belə ki, gen dəyişdirilməsi sayəsində məhsullar daha gözəgəlimli və dözümlü hala gətirilir ki, bu da iqtisadiyyata xeyir verir. GMO istehsalçıları hesab edir ki, bu məhsullarla dünyada aclığı, qıtlığı aradan qaldırmaq mümkün olacaq. Həqiqət isə ondan ibarətdir ki, dünyada adı tibb elminə məlum olan və ya olmayan bir çox xəstəliklərə düçar olan insanların sayı hər dəqiqə daha çox artır.   Dünya ikiyə bölünür – GMO sevənlər və sevməyənlər  Bu gün Amerika, Kanada, Argentina, Avstraliya, Çin ve Cənubi Afrika başda olmaqla, bir çox dünya ölkəsində geni dəyişdirilmiş bitkilər istehsal edilir. GMO-nun qadağan edildiyi ölkələr də az deyil, Belarus, Tayland, Yeni Zellandiya, İtaliya, Fransa, İsveçrə kimi ölkələr var ki, bu məhsulların ölkəyə giriş və çıxışına, istehsal və istehlakına qadağa qoyulub. Azərbaycan da öz əhalisinin genefondunu və sağlamlığını qorumaq üçün belə qadağalar tətbiq edib. Qeyd edək ki, hazırda dünya əhalisinin 70 faizindən çoxunun GMO mənşəli məhsullarla qidalandığı ehtimal olunur. Bəzi ölkələrdə, məsələn Rusiya və Ukraynada da geni dəyişdirilmiş məhsulun хüsusi işarələnməsi qaydaları tətbiq olunur. Qərara əsasən, istehsalçı məhsulun üzərində geni dəyişdirilmiş orqanizmin olması haqqında məlumat yerləşdirməlidir. Bu işarələri görən istehlakçılar belə məhsulları almaqdan çəkinirlər. Biz isə  sağlamlığımıza zərər vursa da, görünüşü və dadı gözəldir, daha doğrusu dəbdədir deyə yeyirik.   Genetik strukturun dəyişməsi nəyə gətirib çıxarır? Genetik təcavüzə məruz qalmış bu məhsullar insan orqanizminin bioloji vəziyyətini və genetik strukturunu dəyişir. Bu sonrakı nəsillərdə özünü daha çox biruzə verir. Bir çox alimlər sonsuzluq hallarının artmasını və digər təhlükəli xəstəliklərin çoxalmasının əsas səbəblərindən biri kimi GMO-nu qeyd edirlər. GMO təkcə insanın deyil, təbiətin də bioloji strukturunu dəyişir. Bitkilərə müxtəlif heyvan, hətta insan genləri vurulmaqla onları təbii vəziyyətindən çıxarırlar. Nəticədə həmin bitki təbii mineral, vitamin və s orqanizmə yararlı olan maddələrdən məhrum olur, yalnız çox məhsul vermək və uzun müddət saxlanmaq imkanı qazanır. Dünyada biznes maraqları hər şeydən üstün olduğundan, əsas məsələ budur- tez, az xərclə, çoxlu və davamlı pul qazanmaq. İnsan sağlamlığı boş şeydir, bundan qlobal transmilli şirkətlər şəbəkəsi xeyir götürmür. Lakin, GMO ilə immunitet sistemi çökdürülmüş, bioloji olaraq xəstələndirilmiş insanlara on minlərlə bahalı dərman növlərini satmaqdan daha çox gəlir götürülür. GMO immuniteti məhv edir. Bu isə bütün mümkün qorxulu xəstəliklər üçün qapıların açılması deməkdir. Həm də söhbət təkcə fiziki xəstəliklərdən getmir. GMO psixologiyanı, şüuru, insani hissləri dəyişdirmək gücündədir.   Ən çox nəyin geni  dəyişdirilir? Hazırda dünyada geni dəyişdirilmiş çox növdə məhsul var. Qarğıdalı, pomidor, kartof, düyü, soya, buğda, balqabaq, günəbaxan tumu, fıstıq, pomidor və bəzi nadir tapılan balıq növləri bu məhsulların başında qərarlaşır. Bunlardan əlavə hazırda banan, moruq, çiyələk, gilas, ananas, bibər, qovun, qarpız da gen dəyişdirilməyə məruz qoyulur. Qarğıdalı və soya geni dəyişdirilmiş məhsulların ilk sırasında dayandığı üçün bu bitkilərdən istehsal edilən törəmə məhsulların istifadə edildiyi bütün məhsullar GMO hesab edilir. Yəni, daha açıq desək, qarğıdalı və soyadan əldə edilən yağ, un, nişasta, qlükoza, zaxaroza, fruktoza tərkibli bütün qidalar GMO-lu hesab edilir. Deməli,  bu məhsullardan istifadə edilərək hazırlanan peçenye, pudinq, bitki yağları, uşaq qidaları, konfetlər, şokalad, hazır şorbalar, qidası qarğıdalı olan toyuqlar və s. də GMO-lu olur. “McDonalds” və bu kimi digər “fast-food” şəbəkələrinin menyusunun bəzəyi olan hamburger, hot-doq və digər yeməklərdə və şirniyyatlarda istifadə edilən qidalar tamamilə transgen məhsullardır. Qəribə burasıdır ki, indi bir çox gənc bilmir ki, hansı meyvə hansı fəsildə yetişir. Çünki ilin hər fəslində istənilən meyvəni tapmaq mümkündür.   GMO-nu  necə ayırd etməli?

  • Çox parlaq, qüsursuz, yarasız, qurdsuz olur
  • Normadan böyük olur
  • Normal meyvə-tərəvəzdən bərk və dözümlü olur
  • Hamısı bir ölçüdə, bir görünüşdə olur
  • Günlərlə isti yerdə qalsa belə yumşalmır, çürümür
  • Üzəri sanki mumiyalanıb, sürüşkən və yağlı olur
  • Mövsümü olmadığı halda satılır
  • Pomidor, bibər, xiyar kimi tərəvəzlərin tumunun çox az və ya heç olmur
  • Pomidor, çiyələk, armud kimi yumşaq meyvələrin daha sərt, dişləndikdə bərk səs çıxarır
  • Normal rəngindən əlavə rəngi olan meyvələr (pomidorun və çiyələyin qabığının iç tərəfində ağ zolaq)
  • Təbii qoxusu olmur
  Azərbaycanda GMO ilə bağlı vəziyyət necədir? GMO məhsullar Azərbaycana 90-cı illərin əvvəllərindən ayaq açıb. Mütəxəssislərin dediyinə görə, hazırda Azərbaycanda qarpız, pomidor, çuğundur və sair məhsullardan toxum götürmək mümkün deyil. Ölkəyə GMO toxumlar isə ən çox Amerikadan gətirilir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə 1998-ci ildən Azərbaycanda GMO bitkiçiliyi yetişdirmək üçün "raondat" adlı maddə satılır: “Əgər bu maddə bizdə satılırsa, bu o deməkdir ki, ölkədə genetik modifikasiya olunmuş bitkiçilik də var. Bu maddə təbii olaraq Azərbaycanın biomüxtəlifliyinə mənfi təsir edir, təbiətin harmoniyasını pozur. Elə meyvə-təvəz əkmək lazımdır ki, kəndli ondan gələn il üçün toxum tuta bilsin. GMO-nun toxumu tutulmur. Hazırda ölkədə əkilən pomidorların 95, kartofun 40-50, qarpızların 80%-i, günəbaxanın, çuğundur və qarpızın isə 70-80 %-i GMO-dur”. Məlumat üçün bildirək ki, GMO məhsulların idxalının qarşısını almaq üçün mövcud qanunlarda müddəalar var. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Toxumçuluq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və sair göstərilib ki, geni dəyişdirilmiş məhsulların ölkəyə gətirilməsi və istehsalı qadağandır. Qeyd edək ki, əhalinin ekoloji təmiz məhsulla təminatının yaxşılaşdırılması üçün ölkə başçısı tərəfindən müvafiq proqram da təsdiqlənib. Həmin proqrama görə GMO məhsullarının Azərbaycana gətirilməsinə qadağa qoyulub. Yeri gəlmişkən, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünün yubanması bu mənada ölkəmizin xeyrinədir. Belə ki, beynəlxalq öhdəliyə görə ÜTT-ə üzv olan ölkələr məhsulların idxalına və yerli bazarlarda satışına qadağa qoya bilməz.   Niyə hansısa şübhəli xarici şirkətdən asılı vəziyyətə düşməliyik? Bu gün GMO məhsullar ölkədə bir çox yerli bitkilərin nəslini kəsmək üzrədir. Burda daha bir məqam var ki, bu, strateji planda iqtisadi və siyasi baxımdan da ciddi təhlükə vəd edir. Bu da ondan ibarətdir ki, GMO toxumlar torpağı özünə öyrəşdirir, toxum vermir. Bu toxumlar ucuz təklif olunduğundan hamı təbii toxumu qoyub onu əkməyə çalışır. Çünki burda daha çox məhsul götürülür ki, bu da maddi qazanc deməkdir. Beləliklə, yerli toxumlar sıradan çıxır, ölkə qalır GMO toxum istehsal edən və bütün dünyada ixrac edən “Monsanto” kimi transmilli korporasiyaların əlində. Bu isə ərzaq təhlükəsizliyi baxımından son dərəcə təhlükəli perspektiv vəd edir. Adıçəkilən korporasiya bir il toxum verməsə, bizim kənd təsərrüfatı sözün həqiqi mənasında çökəcək. Buna görə də toxumlara istədikləri qiyməti qoyurlar. Bu proses bizə çox baha başa gələcək. Ölkənin böyük təbii potensialı var, milyard tonlarla təbii kübrə var, münbit torpaqlar, gözəl iqlim şəraiti, məhsuldar təbii toxumlar var. Maraqlıdır, bu halda biz niyə hansısa şübhəli xarici şirkətdən asılı vəziyyətə düşməliyik? Buna görə də, respublikada ölkə başçısının tapşırığı ilə toxumçuluq təsərrüfatlarının yaradılmasını və yerli toxum bazasının qorunub saxlanması istiqamətində digər addımları təqdirəlayiq hesab etmək lazımdır. Biz yerli toxumlarımızın sıradan  çıxarılmasına imkan verməməliyik. Ölkədə GMO məhsulların tərkibini yoxlaya biləcək laboratoriyalarıın olmaması vəziyyəti pisləşdirir. Müvafiq təşkilatlar bu barədə ciddi düşünməlidir. Bir neçə milyon manat həcmində vəsait ayırıb lobaratoriyalar yaratmaq və xalqı bu bəladan xilas etmək olar. Lalə Mehralı  





Həftənin ən çox oxunanları